BolgeXeber.Com » Xəbərlər » Qızının toyu ilə gündəmə gələn direktorun işdən qovulması xəbəri yayıldı - VİDEO
Qızının toyu ilə gündəmə gələn direktorun işdən qovulması xəbəri yayıldı - VİDEO
3-05-2017, 13:46
Oxunub: 3 452Bakı Lift İdarəsi isə xəbəri təsdiqləmir
Bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov işdən qovulması xəbəri yayılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində aparılan araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib. “Qafqazinfo” sözügedən şəxs haqda araşdırma aparıldığı ilə bağlı bir neçə gün əvvəl məlumat yaymışdı. Məlumata görə, Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Artıq onun yerinə təyinat da olub.
Bizimyol.info Bakı Lift İdarəsi ilə əlaqə saxlayıb. İdarənin əməkdaşı bildirib ki, Qüdrət Şükürov vəzifəsindən azad edilməyib və hazırda işinin başındadır.