İndoneziyadakı 15 metrlik canlı dünyanı şoka salıb-VİDEO
13-05-2017, 14:20
Oxunub: 3 701İndoneziyanın cənubunda, dəniz sahilində elmə bu günədək məlum olmayan ölmüş nəhəng heyvan tapılıb
Bolgexeber.com-un məlumatına görə, bu barədə “The Daily Mirror” xəbər verib.
Xəbərdə bildirilir ki, naməlum heyvanı Sera adası sahillərində, Maluku vilayətində 37 yaşlı Arsul Tuanokota müəyyən edib. Şahidlər ehtimal edirlər ki, uzunluğu 15 metr olan heyvan donqar balinaya aid ola bilər.
Yerli sakinlər hakimiyyət orqanlarına müraciət edərək xoşagəlməz iy verən dəniz “əjdaha”sını çimərlikdən aparmağı xahiş ediblər.