BolgeXeber.Com » Xəbərlər » Susananı ölüm həddinə çatdıran ər danışdı: "Onun psixi problemləri var" -ŞOK FAKTLAR
Susananı ölüm həddinə çatdıran ər danışdı: "Onun psixi problemləri var" -ŞOK FAKTLAR
18-05-2017, 12:54
Oxunub: 3 462
anna Şakir qızının intihar etməsi ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir
Bolgexeber.com xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı başlanmış cinayət işinin istintaqı çərçivəsində qadının qeyri-rəsmi nikah münasibətində olduğu əri Əbülfəs Baxşıyev barəsində Nəsimi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Lakin Ə.Baxşıyev qadının intiharında hər hansı rolunun olduğunu inkar edib və məhkəmədə kiminsə intiharına görə niyə cavab verməli olduğunu soruşub. O iddia edib ki, birgə nikahdan iki azyaşlı uşaqları olan Susannanın psixi problemləri var. Əbülfəs deyib ki, hadisə baş verərkən onun xəbəri olmayıb və Susannanın özünü pəncərədən atacağını ehtimal etməyib.
S.Şərifova 2009-cu ildən bəri birgə yaşadığı həyat yoldaşı tərəfindən mütəmadi zorakılığa məruz qalıb. Həttə Əbülfəs dostlarının yanında xanımının başını qırxaraq onu alçaldıb, tez-tez döyərək işgəncə verib. Daim saçlarını uzadan Susannanın hadisə günü saçlarının çox qısa olması da bunu göstərir.
Qafqazinfo saytı isə Susananın ölümü ilə bağlı həbs olunan əri Baxşiyev Əbülfəslə bağlı maraqlı məlumat əldə edib. Bəlli olub ki, onun anası Simuzər Nüsrətbəyli (Baxşıyeva) şair-publisistdir. O, AYB-nin üzvü olmaqla yanaşı, 10 kitabın müəllifidir. Eyni zamanda, "Ədəbiyyat qəzeti" nin əməkdaşıdır. Əbülfəs şairənin yeganə oğludur. Həm Susana, həm də əri əslən Lənkərandandır.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər