Heydər Əsədovun nəzarətsiz buraxdığı daha bir sahə... - İTTİHAM VAR
22-05-2017, 15:33
Oxunub: 2 921
XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub
Həmin dövrdə Bakı kəndlərindən Zabrat, Maşatağa, Naradarn, Bilgəh, Mərdəkan və Şüvəlanda gülüçülük sovxozları fəaliyyət göstərib. Hansı ki, onlar həm Azərbaycanı, həm də SSRİ-ni güllə təmin edirdi.
Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı yaradılmışdı. Sovet İttifaqı dağılandan sonra Azərbaycanda gülçülük təsərrüfatları geriləməyə başladı.
Hazırda Azərbaycanda bu səhə ilə məşğul olan təsərrüfatların sayı elə də çox deyil. Fəaliyyət göstərən təsərrüfatlar yenə də əsasən Bakı kəndlərindədir, amma əvvəlkindən xeyli kiçikdirlər. Hazırda həmin təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantema, kala yetişdirilir.
Azərbaycanda gülçülüyün inkişafını ləngidən bir sıra amillər mövcuddur ki, buna aşağıdaklar aiddir: maliyyə çatışmazlığı; bu sahəni bilən kadrların azlığı maarifçiliyin aşağı olması; satış bazarlarına daxil olmağın çətinliyi.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a deyib ki, əvvəllər bu sahə təmsil etdiyi qurumun nəzarətində olsa da, sonradan özəl sektora çevrilib:
“Hazırda gülçülük özəl sektora daxildir. Ona görə də gülçülük sahəsinin inkişafı, statistik rəqəmlər barədə məlumatımız yoxdur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər