"Qırmızı Körpü"də kimin qanunları keçərlidir? - ŞİKAYƏT
23-05-2017, 13:18
Oxunub: 3 478
Azərbaycan – Gürcüstan gömrük keçid məntəqəsində Azərbaycan vətəndaşlarının incidilməsi, halları haqqında mətbuatda dəfələrlə yazılmasına baxmayaraq, “Qırmızı Körpü” gömrük keçid məntəqəsində baş verən qanunsuzluqlar səngimək bilmir
Gömrük məntəqəsində incidilən şəxslərdən biri adının çəkilməsini istəməsə də, gömrükdə alternativ qanunların yaradıldığını deyib: “Keçid məntəqəsində Azərbaycan dövlətinin qanunlarına alternativ qanunlar yaradıblar. Biz Azərbaycan Respublikasının qanunlarını bildiyimiz üçün, gömrük işçilərinin etdiklərinin qanunlara zidd olduğunu dedikdə, Onların cavabı bu olur, biz nə edirik düz edirik, şikayətiniz varsa gedin hara istəyirsinizsə şikayət edin. Gömrük işçilərinə Azərbaycan Respublikasının Prezidentinin gömrük qaydaları ilə bağlı fərmanlarını və dövlətin qanunlarını çatdırmağımıza baxmayaraq, nə istəyirlər onu da edirlər.
Gürcüstandan Azərbaycana gələrkən gömrük işçiləri tərəfindən incidilən Rəşad Mustafayev bildirib ki, gömrükdə haqlarını tələb edəndə Gömrük işçiləri Qazax rayon polislərini çağıraraq haqlı vətəndaşı cərimələtdirirlər: “Sınıq Körpü” gömrük keçid məntəqəsində mülki geyimdə olan Rəşad adlı şəxs tərəfindən 3 blok siqaret, 3 litr sipirtli içki əlindən alınaraq müsadirə edilib. Əlimdən alınan mallar anbara qoyulduqdan sonra, gömrük aktında 1 blok siqaret, 1 litr spirtli içki kimi qeyd edildi. Mən bununla bağlı narazılığımı qeyd etsəm də, əlimdən alınan malların sayı bir tərəfə, tələb etsəm də ala bilmədim. Gömrükdə kim haqqını tələb etmək istəyir, Qazaxdan polis çağırıb həmin şəxsi cərimələtdirirlər”. \\nia.az\\
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər