BolgeXeber.Com » Xəbərlər » İslamiadanın açılışına və bağlanışına neçə milyon manat xərclənib? - NAZİR AÇIQLADI
İslamiadanın açılışına və bağlanışına neçə milyon manat xərclənib? - NAZİR AÇIQLADI
23-05-2017, 18:37
Oxunub: 2 793
IV İslam Oyunlarının açılış və bağlanış mərasimi üçün 20 milyon dollar vəsait nəzərdə tutulmuşdu
Bunu gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, xərclər hissəsi təşkilat komitəsinin hesabındadır və yaxın zamanda açıqlanacaq.
"Açılış və bağlanış mərasimində musiqi seçimi ilə bağlı irad eşitmədim. Hətta mənə məlumat verilirdi ki, gözəl musiqi seçimi və sırası edilib".
Nazir, həmçinin qeyd edib ki, idmançıların kompleks yarışı onlar üçün bir təcrübədir: "Türkiyə yığması çox güclü idi. 2021-ci ildə Türkiyədə keçiriləcək oyunlara güclü yığmamızı göndərəcəyik ki, uğurlamız daha yüksək olsun".
Nazir İslam Oyunlarında 5 qızıl medal qazanan Ruslan Lunyovun dünya kubokunda 11-ci yer qazanmasına da münasibət bildirib: “54 ölkə arasında 11-ci yer yüksək nəticədir. Onun belə iştirakının səbəbi müxtəlif ola bilər. Bəlkə də yorulub. 3 gün əvvəl Münhen şəhərinə uçub. Bunu pis qəbul etmirəm, yaxşı nəticədir. İslam Oyunlarında bir neçə fənddə çıxış edərkən həmin qızıl medalları qazandı”.az.azvision.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər