BolgeXeber.Com » Xəbərlər » Şəmkirin icra başçısının müavini vəzifəsindən azad olundu

Şəmkirin icra başçısının müavini vəzifəsindən azad olundu

24-05-2017, 17:09
Oxunub: 2 037 Şəmkirin icra başçısının müavini vəzifəsindən azad olunduŞəmkir Rayon İcra hakimiyyətinin (RİH) başçısının müavini vəzifəsindən azad olunub

Bolgexeber.com xəbər verir ki, RİH-dən Report-un Qərb bürosuna verilən məlumatına görə, icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Məleykə Əlizadə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Həmin vəzifəyə RİH-də yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi - psixoloqu Aynur Ayaz qızı Abdullayeva təyin edilib.