BolgeXeber.Com » Xəbərlər » Azərbaycan Respublikası Baş Prokurorluğunda Avropa Komissiyası ilə birgə tədbir keçirib - FOTO
Azərbaycan Respublikası Baş Prokurorluğunda Avropa Komissiyası ilə birgə tədbir keçirib - FOTO
24-05-2017, 18:16
Oxunub: 2 646
Mayın 22-dən 23-dək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə Avropa Komissiyasının TAİEX texniki yardım aləti çərçivəsində “Korrupsiya xarakterli cinayətlərdə istintaq sazişinin tətbiqi” mövzusunda təlim keçirilmişdir
Bu barədə Bolgexeber.com-a Baş Prokurorluqdan daxil olan məlumatda deyilir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun, Hərbi Prokurorluğun, birinci və Apellyasiya instansiyaları məhkəmələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov çıxış edərək korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulayaraq bu mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını xüsusi qeyd etmiş, bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Tədbirdə İtaliya, Böyük Britaniya və Rumıniyadan olan ekspertlər istintaq sazişinin müxtəlif hüquq sistemlərində tətbiqi xüsusiyyətləri, saziş çərçivəsində zərərçəkmişlərin hüquqlarının qorunması, eləcə də bu institutun tətbiqi ilə əlaqədar mövcud olan məhdudiyyətlər barədə təqdimatlarla çıxış edərək, iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırmışlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər