BolgeXeber.Com » Xəbərlər » Ramazan ayı başlayır - FƏTVA VERİLDİ - VİDEO

Ramazan ayı başlayır - FƏTVA VERİLDİ - VİDEO

25-05-2017, 09:52
Oxunub: 2 039 Ramazan ayı başlayır - FƏTVA VERİLDİ - VİDEOQafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə din xadimlərinə xəbərdarlıq edib

Özbaşına bəyanat verən, başqa ölkələrdə baş verən hadisələrə toxunan,iftardan əvvəl məclislərdə iştirak edən din xadimləri cəzalandırılacaq. Bu arada Ramazan ayının başlama tarixi də açıqlanıb.
''Din xadimləri, xüsusilə axund və imamlar Ramazan ayı boyunca çıxışlarında, məzhəb adı çəkməməli, sünni və şiə fərqləndirmələri etməməlidir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan ayı ilə bağlı keçirilən tədbirdə belə deyib. Şeyx bildirib ki, bununla bağlı idarəyə məlumat daxil olsa, dərhal həmin din xadimi barəsində tədbir görüləcək.
Şeyx həmçinin axund və imamlara, ümumiyyətlə, bütün dindarlara Ramazan ayında iftardan əvvəl məclislərdə iştirak etməmək barədə də xəbərdarlıq edib.
Bununla bərabər, ramazan ayı boyunca digər mənbələrdən daxil olan məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsinin yolverilməz olduğu xatırladılıb.
Bu arada Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurası ramazan ayının başlanması ilə bağlı fətva verib.
Allahşükür Paşazadə din xadimlərinə çıxış və xütbələrində başqa ölkələrdə baş verən hadisələrə toxunmamaqla bağlı da xəbərdarlıq edib.