Prokurorluğa qəbulla bağlı müsabiqə başa çatdı
26-05-2017, 13:26
Oxunub: 2 235
Müsahibənin nəticələri üzrə 12 namizədin işə qəbul olunması məsələsinə baxılması tövsiyə edilib
Prokurorluq orqanlarında infomasiya və kommunikasiya texnologiyalarının səmərəli və geniş istifadə olunmasına istiqamətlənmiş ardıcıl tədbirlərin davamı olaraq Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə həmin sahədə zəruri ixtisas və təcrübəyə malik mütəxəssislərin işə qəbulu ilə əlaqədar 18 aprel 2017-ci il tarixdə elan edilmiş müsabiqəyə yekun vurulub.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün müraciət etmiş 40-dan artıq şəxsdən zəruri tələblərə cavab verən mühəndis-proqramçı və veb-dizayner ixtisaslarına malik 30 namizəd müsabiqəyə buraxılıb.
Namizədlərin nəzəri biliyi və peşə bacarığı səviyyələrinin yoxlanılması məqsədilə Baş Prokurorluğun və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrindən ibarət yaradılmış komissiya tərəfindən 24 may 2017-ci il tarixdə Baş Prokurorluqda müsahibə keçirilib.
Müsahibənin nəticələri üzrə 12 namizədin işə qəbul olunması məsələsinə baxılması tövsiyə edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər