BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi "28 May Respublika günü"nə həsr olunmuş silsilə tədbirlər təşkil edir

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi "28 May Respublika günü"nə həsr olunmuş silsilə tədbirlər təşkil edir

26-05-2017, 19:42
Oxunub: 9 824 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi  "28 May Respublika günü"nə həsr olunmuş silsilə tədbirlər təşkil edirBu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 ili tamam olur

Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.
AXC dövründə Azərbaycanda ilk muzey “İstiqlal” muzeyi təşkil olunmuşdur. Eyni zamanda Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdur.
İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın ümumiyyətlə incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdır. Azərbaycan hökuməti türk teatr truppasını öz himayəsinə almışdır. Ümumiyyətlə istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımı teatrın cəmiyyətin həyatında rolunu artması ilə əlamətdardır.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi və İdarənin tabeliyində olan bütün müəssisələr bu əlamətdar günü böyük ruh yüksəkliyi ilə qeyd edir. Regional İdarənin Yevlax şəhər nümayəndəliyi də öz növbəsində 28 May Respublika günü ilə bağlı silsilə tədbirlər təşkil edib. Belə ki, Yevlax şəhər Heydər Əliyev Sarayında şəhər Mədəniyyət Mərkəzi və onun tabeliyində olan şəhər filialları ilə birlikdə ” Vətən mənə oğul desə nə dərdim “ adlı tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə Şəhər Mədəniyyət Mərkəzinin direktoru Respublikanın “ Əməkdar Mədəniyyət İşçisi ” Eldəniz Mustafayev açaraq əsası 1918- ci il may ayının 28- də qoyulmuş Azərbaycan Respublikasının azadlığından və müstəqilliyindən danışıb. O, həmçinin, çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən söylənən bir kəlamı nəzərə çatdırıb : - “ Müstəqilliyi əldə etmək, qazanmaq nə qədər çətindirsə onu qoruyub saxlamaq ondan da çətindir ”.
Sonra 28 May Respublika gününə həsr olunmuş video çarx nümayiş etdirilib.
Tədbirdə Regional İdarənin Yevlax şəhər nümayəndəsi məsləhətçi Rafiq Məmmədov , Tarix Diyarşünaslıq muzeyinin direktoru Aygün Qasımova , Mərkəzi kitabxana sisteminin direktor müavini Tofiq Həsənov , kitabxanaçı Aynur Mustafayeva və digər natiqlər ürək dolusu çıxışlar edərək azadlığın bizə verdiyi mənəvi dəyərlərdən danışıblar.
Tədbirin sonunda Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev Xalq şairi Məmməd Arazın “ Ayağa dur Azərbaycan” adlı şerini söyləyib.
Yevlax şəhər Mərkəzi Kitabxanasında 28 May Respublika Günü qeyd olunub. Tədbir öncəsi iştirakçılar 28 May Respublika gününə həsr olunmuş sərgi ilə tanış olublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə MKS - in direktoru V.Məmmədova açıb. O, öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıb. Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri M.Rəşidova Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq Müstəqil Azərbaycan dövlətini yaratmasından söz açıb. Kitabxananın işçisi C. Rzayev və digərləri öz çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti zamanı demokratik hüquq və azadlıqların bərqərar olması, Azərbaycan dilinin dövlət dili elan edilməsi təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət və qayğı göstərilməsindən söz açıblar.
Yevlax rayon Xaldan kənd uşaq musiqi məktəbi “28 May Respublika Günü” münasibəti ilə şagirdlərdən ibarət konsert proqramı təşkil edib. Konsert proqramı Yevlax rayon Salamabad kənd tam orta məktəbində keçirilib. Xaldan kənd uşaq musiqi məktəbinin şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblınin ifasında “Heyratı” zərb muğamı ilə konsert açıq elan olunub. Daha sonra məktəbin xanəndəlik sinfinin şagirdi Mənzurə Əsədova, fortepiano və tar sinfinin şagirdləri Sevda Feyzullayeva və Mahir Feyzullayev, Sevda Lətifova və Əlirza Lətifov rəngarəng ifaları ilə öz məharətlərini nümayiş etdiriblər. Bundan başqa Məktəbin “Qızlar” həvəskar rəqs qrupu bir-birindən gözəl rəqs nömrələri ilə çıxış ediblər. Sonda Xaldan uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədov çıxış edərək Azərbaycan Demokratik Respublikasının yaranmasının 99 illiyi münasibətilə müəllim və şagird heyətini təbrik edib.
***
Regional İdarənin Bərdə rayon nümayəndəliyi də 28 May Respublika gününü silsilə tədbirlərlə qeyd edib. Belə ki, bütün mədəniyyət müəssisələrində bu əlamətdar gün qeyd edilərək yaddaşlara köçürülüb.
Bərdə Dövlət Rəsm Qalereyası bu əlamətdar günü açıq havada qeyd edib. Keçirilən tədbirdə şən nəğmələr səsləndirilərək sərgilərə baxış keçirilib. Burada Bərdə Turizm İnformasiya mərkəzinin əl işlərindən ibarət sərgisi, o cümlədən mərkəzi kitabxananın kitablardan ibarət sərgisi, Bərdə Tarix-diyarşünaslıq muzeyinin sərgisi geniş izləyici marağına səbəb olub. Açıq hava altında şəhər 4 nömrəli uşaq incəsənət məktəbin rəsm sinfinin şagirdlərinin 28 May Respublika günü ilə bağlı çəkdiyi şəkillər isə tədbirə başqa bir zövq qatıb.
Daha sonra tədbirdə çıxışlar olunaraq xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsindən danışılıb.
Çıxış edənlərdən Regional İdarənin Bərdə rayonu üzrə nümayəndəsi Validə Nabatova keçirilən silsilə tədbirlərdən söz açıb. O qeyd edib ki, : - “ Biz bu tədbirləri şərəf, qürur hissi ilə qeyd edirik çünki 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir”.
Bir birindən maraqlı nömrələri ilə davam edən tədbir iştirakçılara musiqi dolu xoş anlar yaşatdı.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan müəssisələr qarşılıqlı əməkdaşlığı davam etdirir. Bu cür təşkil olunan qarşılıqlı əlaqələrdən biri də Bərdə şəhər Şəhid F. Quluyev adına 2 nömrəli uşaq musiqi məktəbi ilə Mingəçevir şəhər Şəhid F.Qasımov adına uşaq incəsənət məktəbi arasında baş tutdu. Belə ki, 28 may Respublika Günü ərəfəsində Mingəçevir şəhərində keçirilən konsert proqramı böyük maraq və rəğbətlə qarşılanıb.
Tədbir 28 May Respublika Günü ilə bağlı çıxışlarla start götürdü. Çıxış eden Regional idarənin məsləhətçisi Ceyhun İsmayılzadə 28 May Respublika Günü münasibəti ilə iştirakçıları təbrik edərək bildirdi ki, : - “Azərbaycan Xalq Cümhuriyyəti dünyada, şərq aləmində ilklərə imza atıb. Çox az müddət yaşamasına baxmayaraq şanlı tariximizdə silinməz izlər qoyub. Həmçinin təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına xüsusi önəm verib və bu sahələrin fəaliyyətində, inkişafında böyük rolu olub”.
Daha sonra C. İsmayılzadə bildirib ki, bu cür tədbirlər qabaqcıl təcrübənin öryənilməsində, mədəniyyət müəssələrinin əməkdaşlarının bir – birini daha yaxından tanımasında, iş fəaliyyətinin stimulaşdırılmasında böyük töhfə verəcək.
Edilən çıxışlardan sonra Bərdə şəhər 2 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Nəsirli Ofelya və Baxşəliyev Mahirin ifasında "Ulu bir sərkərdə, ulu bir öndər" musiqisi ilə tədbirin konsert hissəsi başlanıb. Bundan başqa musiqi məktəbinin şagirdləri Musayeva Gözəl, Savalanlı Könül, Rüstəmli Hilal, Nəcəfov Ruslan, Əsədov Cabir, Balakişiyev Mahir, Seyidbəyli Nərmin o cümlədən sazda Musayev Ceyhunun ifa etdikləri musiqi nömrələri alqışlarla qarşılandı. Onu da qeyd edək ki, konsert proqramının təşkilində musiqi məktəbinin müəllim kontingenti də yaxından iştirak edib.
Təşkil edilən silsilə tədbirlər içərisində Bərdə rayon Mədəniyyət Mərkəzi və mərkəzin nəzdində fəaliyyət göstərən klub müəssisələrinin xüsusi rolu vardır. Tədbirlərdə dövlətçilik tariximizdən söhbətlər açılaraq tarixi həqiqətlər bir daha yad edilib. Mərkəzin nəzdində fəaliyyət göstərən 1 və 2 nömrəli şəhər klubları, o cümlədən, Nazırlı kənd Mədəniyyət evi, Bala Göyüşlü kənd xalq yaradıcılığı evi, Bala Göyüşlü kənd folklor klubu, Hacallı kənd Folklor klubu, Məmmədli kənd klubu, Kolayır kənd xalq yaradıcılığı evi, Mollaəhmədli kənd klubu, Gülgəzli kənd folklor klubu, Saatlı kənd Mədəniyyət evi, Otuzikilər kənd folklor klubu və digər klub müəssisələri 28 May Respublika gününü təntənəli şəkildə qeyd ediblər.
26 may 2017-ci il tarixdə Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada 28 May Respublika günü ilə əlaqədar “Azərbaycan dünyəvi dövlət-müsəlman ölkəsidir” adı altında dəyirmi masa keçirilib.
Tədbirdə rayon ziyalıları, Azərbaycanın Milli qəhrəmanı Elgiz Kərimov adına məktəbin şagirdləri və kitabxananın fəal oxucuları iştirak edib.
MKS-nin direktoru Havva Mirzəyeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, : - “ May ayı Azərbaycan xalqının tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika günüdür yəni Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür”. O, həmçinin qeyd etdi ki, : - “ Bu gün Azərbaycan dövlətinin dünya dövlətləri içərisində xüsusi yeri var. Ulu öndər Heydər Əliyevin ideyalarını Prezident İlham Əliyev əzim və iradə ilə həyata keçirir. İndi respublikamız dünya miqyaslı tədbirlərin keçirilməsinə ev sahibliyi edir. Bu Prezident İlham Əliyevin yeritdiyi uğurlu siyasətin nəticəsidir”.
Kitabxananın yaşlı nəsil oxucularından Rəşid Kazımov və Ağayar İsmayılov öz çıxışlarında gəncləri dövlətimizi və dövlətçiliyimizi qorumaq üçün daha sıx birləşməyə, elmdə və əməkdə yeni naliyyətlər əldə etməyə, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda mübarizə aparmağa, vətəni sevməyə çağırıblar.
Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov çıxış edərək respublikamızın bu günkü naliyyətlərinindən, turizmin əhəmiyyətindən, bu sahəyə dövlət qayğısından və regionda turizmin təşkilindən danışıb.
Sonra çıxış edən Qarabağ Müharibəsi Əliləri,Veteranları və Şəhid Ailələri İctimai birliyinin Bərdə rayonu üzrə sədri Etibar Hüseynova bildirdi ki, : - “ Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi”.
Tədbirin sonunda Elgiz Kərimov adına tam orta məktəbin şagirdləri kompazisiya ilə çıxış ediblər.
Bundan başqa Kitabxanada təşkil edilmiş “Xalqımızın tarixi naliyyəti” adlı kitab sərgisi tədbir iştirakçıların marağına səbəb olub.
***
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyində 28 may Respublika Günü münasibəti ilə rayon Mədəniyyət Mərkəzi, MKS, Heydər Əliyev Mərkəzi, Uşaq musiqi məktəbi, Tarix- Diyarşünaslıq muzeyi və digər mədəniyyət müəssisələrində müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib.
Tərtər rayon Mədəniyyət Mərkəzi tabeliyindəki klub müəssisələri ilə 28 May Respublika Gününü “Bir kərə yüksələn Bayraq bir daha enməz” devizi altında sislilə tədbirlərlə qeyd edib. Bundan başqa mərkəz 20-27 may 2017- ci il tarixlərdə Tərtər rayon uşaq musiqi məktəbi ilə birlikdə rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrin əsgər və zabit heyəti qarşısında konsert proqramları ilə çıxış edib.
Bütün bunlarla yanaşı 28 May Respublika günü münasibəti ilə Mədəniyyət Mərkəzi və kənd klub müəssisələrinin özfəaliyyət dərnəklərinin işlərinə baxış müsabiqəsi keçirilib. Baxış müsabiqəsinin qaliblərinə dəyərli hədiyyələr təqdim edilib.
Tərtər rayon Mərkəzi kitabxana sistemində 28 may Respublika Günü münasibəti ilə Mərkəzi, şəhər və kənd kitabxana filiallarında silsilə tədbirlər keçirilib. Kənd kitabxana fliallarında 28 May Respublika günü münasibəti ilə məruzə və mühazirələr oxunub, həmçinin, söhbətlər aparılaraq fotosərgilər nümayiş olunub. Bununla yanaşı Respublika gününü əks etdirən materiallardan ibarət “Müstəqilliyimiz əbədidir”, “Xalqa bağlanan ömür” başlığı altında əhaliyə açıq kitabxana və səyyar kitabxana xidmətləri göstərilib.
Tərtər rayon Heydər Əliyev Mərkəzində Respublika günü münasibəti ilə “Heydər Əliyev Azərbaycan Respublikasının banisidir” mövzusunda dəyirmi masa təşkil olunub. Bundan başqa məktəbli şagirdlərlə “Bir kərə yüksələn bayraq bir daha enməz” devizi altında görüşlər keçirilib. Həmin görüşlər zamanı Azərbaycanın dövlətçilik tarixindən, iqtisadi və sosial inkişafı barədə məruzə və mühazirələr oxunub.
***
Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində Respublika günü münasibətilə “Respublikamızla fəxr edirik” başlıqlı bayram konserti keçirilib. Konsert proqramı çox böyük maraqla qarşılanıb. Tədbirdə şəhər ictimaiyyəti o cümlədən, mədəniyyət işçiləri iştirak edib.
Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən M.P.Vaqif adına Mərkəzi Kitabxananın oxu zalında 28 may Respublika Günü münasibəti ilə “Azərbaycanın Dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanıb.
Sonra “Azərbaycan Dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir” başlıqlı sərgi materialları haqqında tədbir iştirakçılarına məlumat verilib.
Kitabxananın abonoment bölməsinin müdiri L.Məmmədova, Kitabişləmə və komplekləşdirmə şöbəsinin müdiri Y.İsmayılova, metodist S.Məmmədzadə 28 May Azərbaycan Demokratik Respublika günü və bu günün yaranma tarixi barədə məruzə ilə çıxış ediblər.
Tədbirdə kitabxananın fəal oxucuları və mədəniyyət işçiləri iştirak ediblər.
28 May Respublika günü münasibətilə 24.05.2017-ci il tarixində Mingəçevir şəhər Tarix muzeyində “ Bir kərə yüksələn bayraq, bir daha enməz” başlıqda sərgi təşkil edilib.
Sərgidə mədəniyyət işçiləri, şəhər Turizm Kollecinin tələbələri iştirak ediblər. Təşkil olunan sərgiyə baxış keçirildikdən sonra muzeyin bələdçisi iştirakçılara “ Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı mühazirə söyləyib.
Bolgexeber.com
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi  "28 May Respublika günü"nə həsr olunmuş silsilə tədbirlər təşkil edir
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi  "28 May Respublika günü"nə həsr olunmuş silsilə tədbirlər təşkil edir
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi  "28 May Respublika günü"nə həsr olunmuş silsilə tədbirlər təşkil edir
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi  "28 May Respublika günü"nə həsr olunmuş silsilə tədbirlər təşkil edir
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi  "28 May Respublika günü"nə həsr olunmuş silsilə tədbirlər təşkil edir
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi  "28 May Respublika günü"nə həsr olunmuş silsilə tədbirlər təşkil edir
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi  "28 May Respublika günü"nə həsr olunmuş silsilə tədbirlər təşkil edir
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi  "28 May Respublika günü"nə həsr olunmuş silsilə tədbirlər təşkil edir
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi  "28 May Respublika günü"nə həsr olunmuş silsilə tədbirlər təşkil edir