BolgeXeber.Com » Xəbərlər » Bakıda polis avtomobili ilə “Porsche” toqquşub: Ölən var - VİDEO

Bakıda polis avtomobili ilə “Porsche” toqquşub: Ölən var - VİDEO

30-05-2017, 12:51
Oxunub: 2 065 Bakıda polis avtomobili ilə “Porsche” toqquşub: Ölən var - VİDEOBakıda polis avtomobili minik avtomobili ilə toqquşub

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

Səbail Rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porsche” markalı avtomaşınla toqquşub.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzanın görüntülərini Orxan Kərimov adlı “Facebook” istifadəçisi öz səhifəsində paylaşıb.