BolgeXeber.Com » Xəbərlər » ADU-da tələbələr etiraz aksiyası keçirirlər – FOTO + YENİLƏNİB

ADU-da tələbələr etiraz aksiyası keçirirlər – FOTO + YENİLƏNİB

30-05-2017, 14:46
Oxunub: 3 557 ADU-da tələbələr etiraz aksiyası keçirirlər – FOTO + YENİLƏNİBAzərbaycan Dillər Universitetində dövlət imtahanının yenidən keçirilməsinə qarşı etiraz edən tələbələrlə təhsil nazirinin müavini Ceyhun Bayramovun görüşü keçirilib

Oxu.Az xəbər verir ki, Ceyhun Bayramov çıxışında Təhsil Nazirliyinin məsələ ilə bağlı universitetə öz təkliflərini verəcəyini və bu təkliflər hazırlanarkən tələbələr tərəfindən səsləndirilən fikirlərin də nəzərə alınacağını bildirib.

14:10

“Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahanlarının keçirilməsi ilə bağlı elan keçən ilin iyun ayından verilib. Yəni, tələbələrin xəbəri olub”.

Bolgexeber.com-un report-a istinadən verdiyi məlumata görə, qəbul edilən qərara əsasən, bu tədris ilindən yekun dövlət buraxılış attestasiya forması yığışdırılaraq buraxılış işi və dövlət imtahan forması ilə əvəz olunacaq.

Mətbuat xidmətindən o da qeyd olunub ki, bu gün Təhsil Nazirliyinin nümayəndələri ilə tələbələrin görüşü keçiriləcək.

Qeyd edək ki, bu gün ADU-nun tələbələri 7 ildən sonra yenidən dövlət imtahanının bərpasına etiraz olaraq aksiya keçiriblər.

14:04

“Azərbaycan Dillər Universitetində təxminən 100-105 nəfər tələbə dövlət imtahanın keçirilməsinə etiraz edib”.

Bunu, Azərbaycan Dillər Universitetinin Gənclər Təşkilatının sədri Elşən Qəhrəmanoğlı Oxu.Az-a bildirib.

Onun sözlərinə görə, attestasiya dövlət imtahanın bərpa olunması bəzi tələblərə sərf etmir o səbəbdən etiraz edirlər.

“Onlar bunu yaxşı bir formada, yani sivil qaydada etmirlər, qışqır bağır salmaqla mitinq formasında edirlər.

E. Qəhrəmanoğlu qeyd edib ki, məsələ ilə bağlı narazı tələblərlə görüşlər keçirilib:

“Görüş zamanı onlara imtahan suallarında dəyişikliklər edilməsini təklif etmişik. Lakin onlar bu təklifi qəbul etməyiblər”.

13:39

Azərbaycan Dillər Universitetinin rektoru Əfqan Abdullayev tələbələrin narazılığına aydınlıq gətirib.

xəbər verir ki, Əfqan Abdullayev APA-ya açıqlamasında bildirib ki, bu vaxta kimi ali məktəbdə dövlət imtahanı olub, sadəcə 2016/2017-ci tədris ilindən forması dəyişib.

Onun sözlərinə görə, bununla bağlı ötən ildən ali məktəbin şurası tərəfindən müvafiq qərar verilib. Rektor qeyd edib ki, tələbələr bu vaxta kimi ali məktəbi bitirəndə, yalnız 1,5 səhifə hesabat yazıblar: “Məsələn, mən universitetdə oxudum, filan müəllim dərs dedi, filan fənlərdə iştirak etmişik. Akademik olaraq ali məktəbdə imtahan forması kimi yekun buraxılış dövlət attestasiyası olmayıb. 3 aydır ki, burada rektor kimi fəaliyyət göstərirəm. 2016-cı ilin 20 iyul tarixində isə Azərbaycan Dillər Universitetinin Elmi şurasının 68 nömrəli qərarı olub ki, 2016/2017-ci tədris ilindən yekun dövlət buraxılış attestasiya forması yığışdırılaraq buraxılış işi və dövlət imtahan forması ilə əvəz olunsun”.

Rektor qeyd edib ki, Azərbaycanda 52 universitetdə dövlət imtahanı - yekun buraxılış dövlət attestasiyası keçirilir. Bunun da 2 forması var - yazılı dövlət imtahanı və buraxılış işi. “Burada qeyri-adi heç nə yoxdur. Dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na və Təhsil Nazirliyinin əmri ilə həyata keçirilir. Buraxılış işini orta müvəffəqiyyət göstəricisi 91-dən yuxarı olan tələbələr yazır. Onların da sayı 92 nəfərdir. Hazırda narazılıq edənlərin əksəriyyəti oxumayan tələbələrdir. Dövlət imtahanı isə əsasnaməyə uyğun olaraq ixtisas fənlərindən verilir. Bu da ixtisaslar üzrə 4-5-6 fənn ola bilər”, - deyə o vurğulayıb.

Rektor qeyd edib ki, bu gün Təhsil Nazirliyinin müvafiq şöbəsinin nümayəndələri ilə tələbələrin görüşü keçiriləcək. Onun sözlərinə görə, dövlət imtahanı ləğv olunsa, ona da əməl ediləcək: “Bu məsələ ilə bağlı nazirlik tərəfindən hansı qərar verilirsə, onu yerinə yetiririk”.

Qeyd edək ki, universitetin tələbələri dövlət imtahanının bərpasına etiraz edirlər.

12:45

Azərbaycan Dillər Universitetinin tələbələri etiraz aksiyası keçirirlər.

Aksiyaya səbəb 7 il əvvəl ləğv edilmiş dövlət imtahanlarının yenidən bərpa edilməsidir.

ADU-da tələbələr etiraz aksiyası keçirirlər – FOTO + YENİLƏNİB
ADU-da tələbələr etiraz aksiyası keçirirlər – FOTO + YENİLƏNİB
ADU-da tələbələr etiraz aksiyası keçirirlər – FOTO + YENİLƏNİB