BolgeXeber.Com » Xəbərlər » Bərdədə 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə tədbirlər davam edir

Bərdədə 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə tədbirlər davam edir

1-06-2017, 17:43
Oxunub: 12 496 Bərdədə 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə  tədbirlər davam edirBərdə Regional Mədəniyyət və Turizm İdarəsi 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə silsilə tədbirlərin təşkilinə davam edir

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb və dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi də öz növbəsində bu əlamətdar günü silsilə tədbirlərlə qeyd edir. İdarənin tabeliyində olan bütün nümayəndəliklərdə bu münasibətlə tədbir və konsert proqramları təşkil olunur.
Regional İdarənin Bərdə rayon nümayəndəliyi də, həmçinin 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi gününü silsilə tədbirlərlə qeyd edib. Belə ki, nümayəndəliyin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində, klub müəssisələrində, kitabxanalarda və digər mədəniyyət müəssisələrində bu əlamətdar gün geniş olaraq qeyd olunmaqdadır.
Təşkil olunmuş tədbirlərdən biri Heydər Əliyev adına park-bulvarda baş tutub. Şəhər sakinləri, məktəblilər, şəhərin qonaqlarının iştirak etdiyi “Uşaqlar bizim sevincimizdir” adlı tədbir proqramı böyük maraqla qarşılanıb.
Tədbirdə Bərdə rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qarabağ xalq çalğı alətləri” ansamblının ifa etdikləri bir birindən gözəl musiqi nömrələri uşaqlara əsil bayram sevinci yaşadıb. Ansamblın solistlərindən Ərəstun Əliyev, Firdovsi Məmmədov, Reyhan Rəcəbova ifa etdikləri xalq mahnıları və təsnifləri ilə tədbirə başqa bir zövq əlavə edib.
Daha sonra tədbirdə çıxış edən şəhər 1 və 4 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin ifasında rəqs nömrələri xüsusi bir maraqla izlənib.
Davam edən konsert proqramında şəhər 2 nömrəli uşaq musiqi məktəbinin nağara sinfinin şagirdləri də öz məharətlərin göstəriblər.
Sonda şəhər 2 nömrəli uşaq musiqi məktəbinin müəllimi Müzəffər Şükürov və şagirdi Ceyhun Musayevin ifa etdikləri aşıq havası davamlı olaraq alqışlarla qarşılanıb.
Davam edən silsilə tədbirlərdən növbətisi Bərdə rayon Mərkəzi kitabxananın uşaqlara xidmət şöbəsində keçirilib. 1 iyun Uşaqların Beynəlxalq müdafiə gününə həsr edilmiş “Ölkəmizin çiçəkləri” adlı musiqili tədbiri giriş sözü ilə uşaqlara xidmət şöbəsinin müdiri Sevda Süleymanova açıb. O 1 iyun uşaqların Beynəlxalq Müdafiə günü haqqında məlumat verərək dövlətimizin uşaqlara göstərdiyi qayğıdan, və bu səbəbdən qəbul edilmiş qərarlardan, respublikamızın da qoşulduğu BMT tərəfindən qəbul edilmiş konvensiyadan, onun müddəalarından, uşaq hüquqlarından geniş söz açıb. Çıxışını davam edən Sevda xanım onu da vurğulayıb ki, : - “ Azərbaycanın birinci xanımı, Azərbaycanın vitse Prezidenti Mehriban xanım Əlıyevanın fəaliyyətini xüsusi olaraq vurğulamaq lazımdır. Məhz Mehriban xanımın rəhbərliyi altında Heydər Əlıyev Fondu uşaqların təhsili, sağlamlağı ilə bağlı çox böyük layihələrə imza atmışdır”.
Sonra söz məktəblilərə verilib. Çıxış edən Bərdə şəhər Şəhid F.Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin şagirdləri müxtəlif xalqların rəqslərini ifa ediblər. Bundan başqa Akademik Zərifə Əliyeva adına məktəb liseyin şagirdləri də kitablar haqqında təşkil etdikləri kompozisiyanı təqdim ediblər. Onlar kitabların dili ilə danışaraq, dostlarını onları oxumağa çağırıblar.
Tədbir uşaqlar və valideynlər tərəfindən böyük maraqla qarşılanıb.
Bərdə rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən klub müəssisələri də 1 iyun Uşaqların Beynəlxalq müdafiə gününü qeyd ediblər. Belə ki, Yeni Əyricə kənd xalq yaradıcılığı evi, Mehdixanlı kənd folklor klubu, Soğanverdilər kənd mədəniyyət evi, Ərəblər kənd klubu, Qaraqoyunlu kənd Mədəniyyət evi, Böyük Göyüşlü kənd folklor klubu, Qəhrəmanlı kənd Mədəniyyət evi və digər klub müəssisələri bu əlamətdar günü geniş şəkildə qeyd ediblər.
Regional İdarənin Yevlax şəhər nümayəndəliyi də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününü qeyd edib.
Yevlax şəhər Tarix- Diyarşünaslıq Muzeyində “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı “Gələcəyimizə Qayğı ilə” adlı tədbir keçirilib. Tədbirdə şəhər 3 nömrəli bağçanın uşaq və müəllim heyəti iştirak edib.
Balacaların zövqünü oxşamaq üçün muzey tərəfindən nağıl qəhramanlarının personajlarını əks etdirən sərgi də təşkil olunub.
Daha sonra balacalar hazırladıqları şerlərlə çıxış ediblər. Çıxışlardan sonra tədbirin musiqili hissəsinə start verilib. Sonda tədbir uşaqların “Yallı” rəqsi ilə sona çatıb.
30 iyun 2017- ci il tarixdə Yevlax şəhər Mədəniyyət Mərkəzi, mərkəzin nəzdində fəaliyyət göstərən Şəhər Yaradıcılıq evi Gəncə şəhəri Uşaq evində “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi “ gününə həsr edilmiş tədbir proqramı ilə çıxış etdi.
Tədbiri giriş sözü ilə Uşaq evinin direktoru Nazilə xanım açaraq gələn qonaqları salamlayıb. Daha sonra Şəhər Yaradıcılıq evinin direktoru Zöhrə Adgözəlova çıxış edərək sözü musiqiyə verib. Belə ki, Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Kür” vokal instrumental ansamblının musiqiçiləri musiqi çələngləri ilə fidan balaları təbrik ediblər. Ansamblın solistləri Rəşad Hüseynov , Orxan Əkbərov şən və papuri musiqililərlə Uşaq evinin bütün heyətinə bayram dolu bir gün yaşadıblar. Tədbir şən nəğmələr və uşaqların rəqsləri ilə sona yetib.
01.06.2017 - ci il tarixdə Yevlax şəhər Mərkəzi kitabxanasında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Uşaqlara şəfqət və qayğı həmişə lazımdır" adlı maraqlı tədbir keçirilib. Tədbirdə MKS - in direktor müavini T.Həsənov, Metodika və biblioqrafiya şöbəsinin müdiri X.Cəfərova, Oxuculara xidmət şöbəsinin müdiri M.Rəşidova, Oxu zalının müdiri T.Səlimova uşaqları bayram günü münasibətilə təbrik ediblər və onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Tədbirin sonunda fidan balalar doğma Azərbaycanımıza, qəhrəman vətən oğullarına həsr olunmuş şerlər söyləyiblər.
Bolgexeber.com
Bərdədə 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə  tədbirlər davam edir
Bərdədə 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə  tədbirlər davam edir
Bərdədə 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə  tədbirlər davam edir
Bərdədə 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə  tədbirlər davam edir
Bərdədə 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə  tədbirlər davam edir
Bərdədə 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə  tədbirlər davam edir
Bərdədə 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə  tədbirlər davam edir
Bərdədə 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə  tədbirlər davam edir