BolgeXeber.Com » Xəbərlər » Yevlax rayon Mərkəzi Xəstəxanalarında bayram şənlikləri təşkil edilib

Yevlax rayon Mərkəzi Xəstəxanalarında bayram şənlikləri təşkil edilib

2-06-2017, 21:19
Oxunub: 2 044 Yevlax rayon Mərkəzi Xəstəxanalarında bayram şənlikləri təşkil edilibYevlax Kukla Xalq Teatrının aktyorları maraqlı proqramla uşaqları əyləndiriblər

İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdə Yevlax rayon Mərkəzi Xəstəxanalarında bayram şənlikləri təşkil edilib. Yevlax Kukla Xalq Teatrının aktyorları maraqlı proqramla uşaqları əyləndiriblər. Xəstəxana rəhbərlikləri tərəfindən stasionarda qalan uşaqlara hədiyyələr verilib..
Zamantv.info xəbər verir ki,Yevlax rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov bildirib ki, icbari tibbi sığortanın tətbiqi müddətində 86 uşağa müalicə, müayinə və əməliyyat üçün digər tibb müəssisələrinə göndəriş verilib. Yevlax rayonunda rəsmi qeydiyyatda olan 13 uşaq icbari tibbi sığorta çərçivəsində həyati vacib, dəyəri yüksək olan əməliyyat olunub. Xəstəxananın direktoru bildirib ki, icbari tibbi sığortanın pilot layihəsi çərçivəsində uşaqlar qayğı ilə əhatə olunublar: “Ana və uşaqların sağlamlığının qorunması dövlətimizin ən prioritet istiqamətlərindən biridir. İcbari tibbi siğortanın baza zərfində 1829 tibbi xidmət vardır ki, pilot ərazilərdə qeydiyyatda olan digər əhali qrupları kimi uşaqlar da bu xidmətlərdən pulsuz yararlanırlar”.
Tədbirdə YAP Yevlax şəhər təşkilatının sədr müavini, Aparat rəhbəri Əli Quliyev, Kür qəzetinin baş redaktoru şəhər Qadınlar şurasının sədri Əminə Əhmədova iştirk ediblər Çıxış edən qonaqlar İcbari tibbi sığortanın rayonda tətbiqini yüksək qiymətləndirərək əhali tərəfində böyük rəğbətlə qarşılandığını diqqətə çatdırıblar. İcbari tibbi sığortanın Yevlax əhalisinə göstərdiyi yüksək xidməti Cənab Prezident İlhamƏliyevin və Vitse Prezident Mehriban xanım Əliyevanın Yevlaxlılara göstərdiyi ən yüksək qayğı və diqqətinin tərənnümü kimi qiymətləndiriblər.
Yevlax rayon Mərkəzi Xəstəxanalarında bayram şənlikləri təşkil edilib
Yevlax rayon Mərkəzi Xəstəxanalarında bayram şənlikləri təşkil edilib
Yevlax rayon Mərkəzi Xəstəxanalarında bayram şənlikləri təşkil edilib