BolgeXeber.Com » Xəbərlər » Direktor: ANS-dən tələb etmişik ki, ərazimizi boşaldın, bizə deyirlər, “get, ay batandan sonra gəl”
Direktor: ANS-dən tələb etmişik ki, ərazimizi boşaldın, bizə deyirlər, “get, ay batandan sonra gəl”
3-06-2017, 10:33
Oxunub: 3 012
AMEA-nın Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakını hazırda yerləşdiyi binadan çıxarmaq üçün vaxt vermişdi
Sonuncu xəbərdarlığa baxmayaraq, ANS teleşirkəti ərazini tərk etməmişdi.
Oxu.Az-ın məlumatına görə, modern.az saytı məsələnin nə yerdə olduğunu öyrənmək üçün Zoologiya İnstitutunun direktoru ilə yenidən əlaqə yaradıb.
İnstitutun direktoru Elman Yusifov saytımıza açıqlamasında bildirib ki, ANS teleşirkəti hələ də binanı tərk etməyib:
“Hazırda ANS-lə bağlı məsələdə heç bir irəliləyiş yoxdur. Bəlkə, hüquq-mühafizə orqanları kömək etsə, ANS-in əmlakını binadan çıxara bilərik. Sonuncu dəfə ANS-ə rəsmi məktub yazsaq da, bizi gözləmədən əks cavab verdilər. Bildirdilər ki, “get, ay batandan sonra gəl”. Belə halda yalnız yumorla bu böhrandan çıxmaq olar. Yəni konkret heç bir şey yoxdur. Bizim bütün ərazimiz təxminən 2000 kvadrat metrdən çoxdur və qeyri-qanuni olaraq ANS teleşirkəti tərəfindən zəbt edilib. Onun təxminən 800 kvadrat metri hüquq-mühafizə orqanları tərəfindən bağlanılıb. Amma digər hissəsində ANS-in avadanlıqları yerləşir. Onlar da həmin əmlakı ərazidən çıxarmaq istəmir”.
Elman Yusifov həmçinin qeyd edib ki, ANS-in vitse-prezidenti Mirşahin Ağayevlə də əlaqə yaratmaq mümkün deyil:
“Mirşahin Ağayev, yəqin ki, aya köçüb. Çünki telefonlarımızın heç birinə cavab vermir. Çox güman ki, bizi “qara siyahı”ya salıb”.
Xatırladaq ki, telekanalın qapadılmasına səbəb ötən ilin iyununda Türkiyədə baş verən hərbi çevrilişə cəhd hadisələrindən sonra ANS əməkdaşının bu olaylara rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Gülənin ABŞ-da keçirdiyi mətbuat konfransında iştirak etməsi olub.
Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ öz qərarını Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib. O vaxtdan ANS-in yerləşdiyi binanın giriş qapısı bağlanıb, möhürlənib. Əraziyə polis əməkdaşları nəzarət edir.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər