Zakir Fərəcovdan vacib sərəncam
3-06-2017, 12:12
Oxunub: 2 864
Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2017-ci ilin yay mövsümündə Sumqayıt şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalayıb
Sərəncamda qeyd olunub ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.
Aidiyyati qurumlara tapşırılıb ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər tərəfindən xidmət haqlarından başqa hər hansı rüsumun alınması yolverilməzdir, çimərlik ərazilərində istirahət edənlərə lazımı səviyyədə xdmət göstərilməsi üçün ticarət , iaşə və digər xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsi, həmçinin çimərliklərə və sahilyanı zonalara giriş üçün pul yığılmasının qarşısının alınması təşkil edilsin.
Sərəncamda yay mövsümü ərzində çimərlik zonalarında xilasetmə işlərinin lazımi səviyyədə qurulması və çimərliklərdə tibbi yardım göstərilməsi üçün müvafiq qaydada tədbirlərin həyata keçirilməsi öz əksini tapıb.
Sumqayıt şəhər Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsi və "Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb ki, çimərlik ərazilərinə mövsümü marşrut xətlərinin açılması və əhalinin daşınması işinin təşkili təmin edilsin.
Yay mövsümündə çimərliklərin təmiz saxlanılması və tullantıların vaxtında daşınması ilə bağlı Sumqayıt şəhər Təmizlik Depatamenti Məhdud Məsuliyyətli Cəmiyyətinə, ərazidə sanitariya-gigiyena qaydalarına əməl olunmasına ciddi nəzarətin həyata keçirilməsi ilə bağlı Sumqayıt şəhər Gigiyena və Epidemologiya Mərkəzinə tapşırıq verilib.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər