VALİEYNLƏR, DİQQƏT: " BU CÜR DAVRANIŞ VƏ MOBİL TELEFON UŞAQLARA MƏNFİ TƏSİR EDİR"
6-06-2017, 14:42
Oxunub: 3 583
"İnformasiya çoxluğunun gənclərə müxtəlif cür təsir etməsi problemlər yarada bilir”
Bunu Sherg.az-a evdə intihar edəcəyini yazıb, özünü kanala atan 10 yaşlı uşaq haqqında danışarkən psixoloq Elnur Rüstəmov deyib.
O, yeniyetmələrin psixoloji durumuna təsir edən amilləri diqqətə çatdırıb:
"Yeniyetmələrin, uşaqların əlində hazırda mobil telefonlar var. İnternet üzərindən, sosial şəbəkələrdən müxtəlif məlumatlar əldə edirlər. 10 yaş isə yeniyetməliyə giriş mərhələsidir. Bu mərhələdə bütün valideynlər diqqətli olmalı, övladla davranışda düzgün addımlar atmalıdırlar. Yeniyetmə seçilmək, diqqət, ona hörmətin qoyulmasını istəyir. Bütün bu stereotiplər yeniyetmələrin davranışında özünü göstərir.
Ola bilər ki, həmin uşağın məqsədi intihar etmək deyil, sadəcə bir məktub yazıb qoyub, diqqət çəkmək istəyib. Sonradan onun təsiri ilə ola bilsin bəzi problemlər yaranmağa başlayıb. Ona görə də valideynlər yeniyetmələrin davranışına, dediyi sözə biganə yanaşmasınlar. Əks təqdirdə biz zaman keçdikcə belə xoşagəlməz hadisələrin şahidi oluruq. Ona görə, yeniyetmələrlə bəlli yaş dövrlərində diqqətlə davranmaq lazımdır”.
Qeyd edək ki, Saatlı rayonu Qaralar kənd sakini 10 yaşlı Etibar Fərəcov özünü evlərinin yaxınlığındakı kanala atıb. İntihar edən yeniyetmə həmin gün evlərinin divarına yazıb ki, "mən kanaldayam, məni orada axtarın”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər