BolgeXeber.Com » Xəbərlər » Azərbaycanla İran İslam Respublikası arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Azərbaycanla İran İslam Respublikası arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
6-06-2017, 17:07
Oxunub: 3 414
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclası çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri, Baş Təftiş Təşkilatının sədri Naser Serac ilə görüşmüşdür
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə Görüşdə Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin dünyada, o cümlədən İslam aləmində qarşılıqlı əməkdaşlığa mühüm töhfə verdiyini diqqətə çatdıraraq qonaqlara ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən hərtərəfli islahatlar, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasının yüksək səviyyədə təşkil edildiyini bildirən cənab Naser Serac ölkələrimiz arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, müsbət iş təcrübəsi və məlumat mübadiləsinin, qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini vurğulamışdır. Qonaq rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırmışdır.
Görüşdə hüquq mühafizə və ədliyyə orqanları arasında yaranmış işgüzar əlaqələrin daha da genişlənməsi, o cümlədən cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələləri, terrorizmə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikası və İran İslam Respublikasının hüquq mühafizə orqanlarının səylərinin məqsədyönlü şəkildə əlaqələndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Görüşdə İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə iştirak etmişdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər