BolgeXeber.Com » Xəbərlər » Masazır qəsəbəsində quruculuq işləri davam etdirilir-VİDEO

Masazır qəsəbəsində quruculuq işləri davam etdirilir-VİDEO

6-06-2017, 17:47
Oxunub: 2 492 Masazır qəsəbəsində quruculuq işləri davam etdirilir-VİDEOAzərbaycan Respublikası müstəqilliyinin inkişafı dövründə keçdiyi bir çox tarixi mərhələlər sırasında ən əhəmiyyətli hadisələrdən biri də yeni idarəetmə forması olan bələdiyyələrin yaranması idi

Masazır bələdiyyəsi yarandığı andan ərazinin abadlaşdırılması, daxili küçələrə asfalt və çınqıl döşənməsi, ağac, gül kollarının əkilməsi istiqamətində bir çox işlər görmüşdür.
Məktəblərdə və uşaq bağçasında əsaslı təmir işləri aparmış, yeni iki mərtəbəli müasir tələblərə cavab verən poliklinika, bələdiyyə və icra nümayəndəsi üçün inzibati bina inşa edərək sakinlərin istifadəsinə verilmişdir.
Avropa standartlarına cavab verən Masazır uşaq bağçasının azyaşlı uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunmasında, yeni nəslin layiqli vətəndaş kimi formalaşmasında mühüm rolu var.
Qeyd edək ki, burada uşaqlara rus və ingilis dillərinin tədrisi ilə yanaşı, rəqs və musiqi dərsləri keçirilir. Yaşlarına müvafiq olaraq 8 qrupa bölünən uşaqların tərbiyəsi ilə geniş müəllim kollektivi və 1 musiqi rəhbəri məşğul olur.
Masazır qəsəbə sakinləri də bələdiyyə tərəfindən görülən işlərdən razı qaldıqlarını bildirdilər.

Bolgexeber.com