BolgeXeber.Com » Xəbərlər » Dönərçi qadın: İri bıçaq, taxta alət və zərif əllər... - "Qadınların hazırladığı dönər daha dadlı olur" (VİDEO)

Dönərçi qadın: İri bıçaq, taxta alət və zərif əllər... - "Qadınların hazırladığı dönər daha dadlı olur" (VİDEO)

7-06-2017, 09:40
Oxunub: 5 239 Dönərçi qadın: İri bıçaq, taxta alət və zərif əllər... - "Qadınların hazırladığı dönər daha dadlı olur" (VİDEO)Adətən dönər bişirən deyəndə kişilər yada düşür

Yevlaxda daha çox kişilərin gördüyü işlə qadın məşğul olur. O, özü bişirdiyi dönərin dadının da fərqli olduğunu bildirir.

Bolgexeber.com xezerxeber.az-a istinadən xəbər verir ki, 35 yaşlı dönər ustası Zülfiyyə Həşimova digər həmcinslərindən fərqli olaraq, isti-soyuğa baxmayaraq, gün ərzində 250 dönər hazırlamağı bacarır.

Yevlax sakini Zülfiyyə Həşimova 10 il öncə paytaxtda usta köməkçisi kimi işləyib. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra 3 övladını böyütmək üçün dönərçiliyə başlayıb. O, kişi ustaya nisbətən, qadının əl dadının bir başqa olduğunu deyir. Bunu müştərilər də təsdiqləyir.
Dönərçinin işlədiyi yer özünün deyil. O, dönəri bişirib satır və gündəlik pulunu alır. Zülfiyyə Həşimovanın istəyi gələcəkdə öz işini qurmaqdır.