BolgeXeber.Com » Xəbərlər » "Şəmkir Aqropark"ın işçiləri narazılıq edir - Nazirin adamlarından şikayət

"Şəmkir Aqropark"ın işçiləri narazılıq edir - Nazirin adamlarından şikayət

7-06-2017, 09:45
Oxunub: 3 792 "Şəmkir Aqropark"ın işçiləri narazılıq edir - Nazirin adamlarından şikayətDövlətin pulları ayrılan layihədə milyonlarla manat pullar göyə sovrulur, materiallar satılır, oğurlanır, qara mühasibat hökm sürür, obyekt tamamilə başlı başınadır

Redaksiyamıza "Şəmkir Aqropark"ın işçiləri adından daxil olan müraciət ölkənin I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ünvanlanıb. DİA.AZ olaraq həmin müraciəti təqdim edirik:

"Salam hörmətli Mehriban xanım! Sizə müraciət etməyimizə səbəb vergilər naziri Fazil Məmmədovun obyektlərindən biri olan Şəmkir Aqropark kompleksində rastlaşdığımız haqsızlıqlar olub. Biz haqsız yerə işdən çıxarılan işçilərik. Şəmkir Aqroparkın rəhbərlərindən olan, Vəkil adlı şəxsin rəhbərliyi altında mən və yüzlərlə işçi Şəmkir Aqroparkda qeyri-rəsmi qaydada işlədilir, bizimlə heç bir əmək müqaviləsi bağlanmır. Dəfələrlə tikinti zamanı ağır xəsarətlər alaraq şikəst olmuş işçilərə kompensasiya ödənilməyib. Vəkil adlı şəxs öz mövqeyindən istifadə edərək bizim hüquqlarımızı pozur. Təşkilatda onun dediyi kimi "vergi sistemi" tətbiq olunur, işçilər 11-12 saat işlədilir, özünə rəis və müdir dedirdən Vəkilin hərbi hissələrdəki kimi "otboy" komandası olmadan işçilər evə buraxılmır, istismar edilən işçilər şikayət edəcəkləri halda işdən qovulma ilə hədələnirlər.

Dövlətin pulları ayrılan layihədə milyonlarla manat pullar göyə sovrulur, materiallar satılır, oğurlanır, qara mühasibat hökm sürür, obyekt tamamilə başlı başınadır. Dəfələrlə israfçılıq və oğurluq halları müşahidə olunub. Gecələr gizli formada obyektdən tikinti materialları çıxarılaraq qara bazarda satılır. Obyekt ərazisinə çəkilən asfalt örtüyü dəfələrlə dağıdılaraq yerinə başqası salınıb. Gözlərimizin qabağında xarici ölkələrin istehsalı olan bahalı avadanlıqlar suyun altında qalıb, günəşdə qaralıb. Fazil Məmmədovun heç kimə hesabat vermədiyini, ondan sonra ikinci böyük adamın özü olduğunu elan edən Vəkil adlı şəxsin zülmündən cana doymuşuq. Biz insan kimi deyil, qara qul kimi istismar edilirik. Heç bir əmək müqaviləsi olmadan qanundan kənar olaraq 11-12 saat işlədilən hüquqsuz və alçaldılmış zəhmətkeşlərin ümid yeri siz Mehriban xanımsınız! Xahiş edirəm bizə kömək edin".

Qarşı tərəfi də dinləməyə hazırıq...