Heydər Əliyev Akademiyasında yeni dərs mövsümü
8-06-2017, 12:11
Oxunub: 2 881
Dünən Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Akademiyası”nın ilk dərsi keçirilmişdi
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyevanın Bolgexeber.com-a verdiyi məlumata görə, Akademiya rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə yaradılmışdır. Akademiyaya rəhbərlik rayon İcra Hakimiyyəti Başçısı tərəfindən həyata keçirilir. Akademiyanın tərkibində rayonun bütün idarə və təşkilatlarının nümayəndələrindən seçilmiş 60 nəfər iştirak etmişdi. Akademiya 9 ay davam edəcək və akademiyanı bitirmiş müdavimlərə sertifikatlar veriləcək. Hər ayda 90 dəqiqə olmaqla 3 dərs keçiriləcək. Akademiyada yaradılmış Siyasi-ideoloji və İçtimai-humanitar bölmələrdə təsis edilmiş inistutlar vasitəsilə Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, Azərbaycançılıq idealogiyasının aşılanması, cənab Prezident İlham Əliyevin fəaliyyəti, dövlətimizin daxili və xarici siyasəti, sosial-iqtisadi inkişaf və həyata keçirilən geniş miqyaslı layihələr haqqında dolğun məlumatların gənc nəslə hərtərəfli çatdırılması, Hacıqabul rayonunun iqtisadi, sosial və mədəni-mənəvi inkişafına xidmət göstərmək Akademiyanın fəaliyyətinin əsas məqsədidir. Əvvəlcə İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zeynəb Əsgərova giriş nitqi ilə çıxış etdi və Akademiyanın fəaliyyətinə uğurlar arzuladı. Sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Şıxəliyev ilk dərsə başladı.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər