BolgeXeber.Com » Xəbərlər » Borca görə xaricə çıxışınıza “STOP” qoyulubmu? - Buradan öyrənin - VİDEO

Borca görə xaricə çıxışınıza “STOP” qoyulubmu? - Buradan öyrənin - VİDEO

8-06-2017, 12:21
Oxunub: 2 468 Borca görə xaricə çıxışınıza “STOP” qoyulubmu? - Buradan öyrənin - VİDEODövlət və özəl qurumlar qarşısında borcu olan vətəndaşların ölkədən çıxışına qadağa qoyulur

Bəzi vətəndaşlar bu haqda məlumatsız olduqlarından əksər hallarda ölkədən çıxarkən geri qaytarılır. Təbii ki, bu həm vaxt, həm də maliyyə itkisidir. Bundan sonra vətəndaşlar evlərində, ofislərində borclu vətəndaş siyahısında olub-olmadığını rahat öyrənə biləcəklər. Belə ki Daxili İşlər Naziriliyinin yeni sistemi istifadəyə verilib.
Məhkəmə qərarı ilə ölkədən çıxışına qadağa qoyulmuş şəxslər bu haqda daha asan yolla məlumat əldə edə biləcəklər.
Vətəndaşların vergi, kredit, kommunal xidmətlər, digər vətəndaşa eləcə də alimentə görə borcları ilə bağlı ölkədən çıxışına stop qoyulması ilə bağlı məlumatlar Daxili işlər nazirliyinin yeni informasiya resursunda əksini tapacaq.
Vətəndaşlar nazirliyin mia.gov.az saytında müvafiq bölməyə bir sıra məlumatları daxil etməklə ölkədən çıxışa qadağanın olub-olmamasını müəyyən edəcəklər. Şəxslər məlumatları iki variantda təqdim edə bilərlər
Daxili işlər nazirliyinin şöbə rəisi Əli Fərhadovun sözlərinə görə məlumatlar daxil edildikdən sonra sistemdə vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyulub-qoyulmadığı görsənəcək.
Vətəndaş borclular siyahısında olduğunu öyrənəndən sonra bir sıra qaydalara əməl etməsələr ölkədən çıxa bilməyəcəklər.
Yeni informasiya resursu haqqında ölkədən çıxış qadağası olanların vaxt və maliyyət itkisinin qarşısını alacaq.