BolgeXeber.Com » Xəbərlər » Kassa əvəzinə bərbərxana, gözləmə salonu əvəzinə isə çayxana: Bura Ağdaş rayon avtovağzalıdır - VİDEO

Kassa əvəzinə bərbərxana, gözləmə salonu əvəzinə isə çayxana: Bura Ağdaş rayon avtovağzalıdır - VİDEO

8-06-2017, 12:23
Oxunub: 2 939 Kassa əvəzinə bərbərxana, gözləmə salonu əvəzinə isə çayxana: Bura Ağdaş rayon avtovağzalıdır - VİDEORayonda avtovağzal var ,amma sakinlər təyinatı üzrə istifadə edə bilmir

Vağzalın bir hissəsi bərbərxanadı, digər hissəsi isə çayxana.Kassa əvəzinə bərbərxana, gözləmə salonu əvəzinə isə çayxana. Bura Ağdaş rayon avtovağzalıdır.
Sərnişinlər deyir ki xüsusi ilə gözləmə zalının olmaması onlara daha çox çətinliklər törədir. Soyuq fəsillərdə isə vəziyyət daha da ağırlaşır. Bəzən saatlarla soyuqda avtobus gözləməli olurlar.
Əvvəllər avtovağzaldan 10-dan çox rayona marşurut xətti olsada hazırda cəmi iki istiqamətə - Bakı və Mingəçevirə avtobuslar hərəkət edir. Bakıya və digər rayonlara getmək istəyən sərnişinlərin əksəriyyəti taksi ilə, yaxud da Bakı-Qaxaz magistral yolunun kənarına çıxmaqla istədikləri yerə gedirlər.
Məsələni araşdırmaq üçün bərbərxana və çayxananı icarəyə verən sahibkarla əlaqə saxladır. Allahverdi adlı şəxs bildirdi ki, avtovağzal 2004 cü ildə özəlləşdirilib. Hazırada onun bir neçə səhmdarı var. Həmin çayxana və bərbərxana isə burada icarə əsasında işləyir. Yəni o iddia edir ki, burada qeyri qanuni heç nə yoxdur. O ki qaldı, buranın yenidən avtovağzal kimi fəaliyyət göstərməsinə bunun üçün həmin otaqlar təmir edilməlidir. Bu isə hələki səhmdarların maddi imknı xaricindədir.