DİN Mingəçevirdə və Masallıda törədilən dəhşətli qətllərlə bağlı məlumat yayıb
10-06-2017, 14:54
Oxunub: 1 836
Daxili İşlər Nazirliyi Mingəçevirdə və Masallıda törədilən dəhşətli qətllərlə bağlı məlumat yayıb
Bolgexeber.com-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 9-da Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Lazım Hüseynov Şəhər Polis Şöbəsinə gələrək evində ailə münaqişəsi zəminində arvadı Aynurə Hüseynovanı odlu silahdan açdığı atəşlə, oğlu 9 yaşlı Hüseyni və qızı 5 yaşlı Mədinəxanımı isə bıçaqla qətlə yetirdiyini bildirib və istintaqa təslim olub.
Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə baş verən evin yaxınlığından qətlin törədilməsində istifadə edilən "AKM” markalı silah və bıçaq aşkar edilərək götürülüb.
Bundan başqa elə həmin gün Masallı rayonunun Miyənkü kənd sakini Azər Ağayev iyunun 5-də saat 4 radələrində atası Etibarın və anası Rəfiqənin evdən çıxmaları və geri qayıtmadıqları barədə Rayon Polis Şöbəsinə müraciət edib.
Dərhal başlanan araşdırmalarla həmin vaxt A.Ağayevin yaşadığı Miyənkü kəndindəki evdə arvadı Bəstəgülün qayınatası Etibarı və qaynanası Rəfiqəni balta ilə qətlə yetirməsi, sonradan əri Azərlə birgə həyətdəki tövlədə basdırmaları müəyyən edilib.
Etibarın və Rəfiqənin meyitləri eksqumasiya edilib.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Ağayev və B.Ağayeva tutulublar.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə