BolgeXeber.Com » Xəbərlər » Akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olun seminar keçiriləcək
Akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olun seminar keçiriləcək
12-06-2017, 16:22
Oxunub: 2 846
Konfrans çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında torpaq ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq barəsində memorandumun imzalanması nəzərdə tutulur
Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə iyunun 13-də “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminar keçiriləcəkdir. Tədbir görkəmli coğrafiyaçı və torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunub.
Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə iştirak edəcəklər. Konfransda torpaq idarəçiliyində müasir yanaşmalar, kadastr məlumatlarından istifadənin elmi əsasları, coğrafiya-informasiya sistemlərinin tətbiqi, torpaqlardan istifadə problemlərinin araşdırılması və digər bu kimi mövzularda təqdimatlar olacaqdır. Elmi-praktiki seminarın keçirilməsində məqsəd torpaq idarəçiliyində kadastr məlumatlarından və aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə, torpaq ehtiyatlarının mənimsənilməsində coğrafi informasiya məlumatlarının rolu, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması məsələlərində ən son elmi nailiyyətlərinin tətbiqi və bu sahədə əməli təkliflərin hazırlanmasıdır.
Konfrans çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında torpaq ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq barəsində memorandumun imzalanması nəzərdə tutulur.
Konfrans 13 iyun saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin inzibati binasında keçiriləcəkdir. (Bakı Soveti metro stansiyasının yanı)
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər