"X petrol" müştəriləri necə aldadır? - ŞİKAYƏT
12-06-2017, 16:49
Oxunub: 1 801
Son dövrlər yanacaqdoldurma məntəqələrində yanacağın keyfiyyətsizliyi və müştərilərin aldadılması ilə bağlı şikayətlərin sayı çoxalır
Belə şikayətlərdən biri bu gün səhər saatlarında "Qaynarinfo"ya daxil olub.
Elçin Quliyev adlı vətəndaşın şikayəti 7-ci mikrorayon ərazisində yerləşən "X petrol" yanacaqdoldurma məntəqəsindəndir. E.Quliyevin iddiasına görə, bu gün səhər saatlarında benzin almaq üçün məntəqəyə yaxınlaşıb. 20 AZN dəyərində yanacaq vurulmasını istəyib. Elə bu vaxt sol tərəfdən petrolun başqa işçisi ona yaxınlaşaraq "Bonus kartınız var? Yoxdursa, sizə kart təklif edirik. Kart vasitəsiylə müxtəlif güzəştlərdən yararlana biləcəksiniz", deyib.
E.Quliyevin sözlərinə görə, onun başının söhbətə qarışdığı vaxt digər işçi yanacaq doldurulmasında saxtakarlıq edərək avtomobilə 20 AZN əvəzinə 16 AZN-lik yanacaq doldurub. Quliyev nə baş verdiyini anlayanda tərəflər arasında qarşıdurma yaranıb. Yanacaqdoldurma məntəqəsinin Ceyhun adlı müdiri müdaxilə edərək müştərini sakitləşdirməyə çalışıb. "Bağışlayın, işçilərimizi üzrlü sayın. Çalışarıq təkrar olunmasın" deyərək məsələni "həll edib".
E.Quliyev artıq "X petrol" adlanan yanacaqdoldurma məntəqəsində eyni halla 3-4-cü dəfə rastlaşdığını bildirir və aidiyyatı qurumların müdaxilə edərək qanunsuzluqlara son qoyulmasını istəyir.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər