Hacıqabul rayon Mədəniyyət Mərkəzində "Bəla" adlı tamaşa göstərildi-FOTO
12-06-2017, 20:00
Oxunub: 4 005
Hacıqabul rayon Mədəniyyət müəssisələrinin tədbirlər planına uyğun olaraq vaxtaşırı bəşəriyyətin bəlası olan narkomaniya və zərərli vərdişlərlə əlaqədar “Narkomaniyaya yox deyək” devizi altında müxtəlif tədbirlər keçirilir
Belə tədbirlərdən biri də 12.06.2017-ci il tarixində Hacıqabul rayon MKS-nin 19 saylı Qarasu kənd kitabxana fililının müdiri Şamil Azadovun ssenarisi əsasında hazırlanmış “Bəla” tamaşasıdır.
Rayon Mədəniyyət mərkəzində təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları, mədəniyyət işçiləri, müəllimlər və şagirdlər iştirak etmişlər. Tamaşanın nümayişindən əvvəl Qarasu kənd kitabxana filialının müdiri Şamil Azadov tədbiri giriş sözü ilə açaraq, narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən danışmışdır.
Tamaşanı şəhərin 2, 5, 9 saylı tam orta məktəbinin 10-cu sinif, Qarasu kənd məktəbinin 6-cı sinif şagirdlərindən bir qrupu canlandırmışdılar.
Tədbirin sonunda Sabirabad regional Mədəniyyət və Turizm idarəsinin Hacıqabul rayon üzrə nümayəndəsi Elnur Əmiraslanov, rayon Təhsil şöbəsinin müdiri Şükür Məmmədov, İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zeynəb Yunuslu tədbir iştirakçılarına təşəkkürünü bildirmiş, tamaşada rol alan hər kəsi müxtəlif hədiyyələrlə mükafatlandırmışdır.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər