Seyidlik vəsiqəsini alan və bu sənədi verən qazi danışdı – VİDEO
13-06-2017, 10:32
Oxunub: 3 283
Sənəd onun imzası və şəxsi möhürü ilə də təsdiqlənib
Seyidlik vəsiqəsi alıb sosial şəbəkələrdə müzakirələrə səbəb olan Elnur Tağıyev “Xəzər Xəbər” açıqlama verib.
Bolgexeber.com-un məlumatına görə, o, vəsiqəni almasına heç bir səbəb gətirməyib və bildirib ki, burada şişirdilməli bir şey yoxdur.
Elnurun valideynləri Rusiyada yaşayır. Kənd sakinləri ehtimal edirlər ki, Elnur Tağıyev bu vəsiqə ilə Rusiyada fəaliyyət göstərmək istəyib.
Vəsiqəni Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad, Masallı və Biləsuvar rayonları üzrə qazisi Mirqiyas Təhməzov verib.
Sənəd onun imzası və şəxsi möhürü ilə də təsdiqlənib.
Hadisədə adı hallanan Mirqiyas Təhməzov isə bildirib ki, Elnura seyidlik vəsiqəsi verməyib.
“O, özü vəsiqəni hazırlayıb”, - M.Təhməzov deyib.
Qafqaz Müsəlmanları İdarəsindən də qazinin vətəndaşa “Seyid Ağa” vəsiqəsi verməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirilib.
QMİ-dən verilən açıqlamada, idarə tərəfindən heç bir vətəndaşa bu tip vəsiqənin verilmədiyi qeyd olunub:
“Bu, qazinin şəxsi təşəbbüsü olub. Möhürdən də göründüyü kimi, bu idarənin yox, qazinin möhürüdür”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər