BolgeXeber.Com » Xəbərlər » Deputatdan MTK-lara ETİRAZ: - “Sanki kirayə haqqı yığırlar”

Deputatdan MTK-lara ETİRAZ: - “Sanki kirayə haqqı yığırlar”

13-06-2017, 15:28
Oxunub: 1 650 Deputatdan MTK-lara ETİRAZ: - “Sanki kirayə haqqı yığırlar”“Yeni hündürmərtəbəli binalarda mənzil-tikinti şirkətləri kommunal xərcləri yığırlar. Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır. Sanki, kirayə haqqı ödənilir”

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən növbədənkənar iclasında Mənzil Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, birbloklu mənzillərdə mühafizəçiyə ehtiyac yoxdur:

“Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. Mənzil-Tikinti Kooperativləri (MTK) binadakı təmizlik işlərinə baxırlar. Bir də, 5-7 ildənbir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alınır”.

Digər deputatlar da MTK-ların sakinlərdən pul yığmasına etiraz edib.