BolgeXeber.Com » Xəbərlər » Bakıda at və eşşək ətindən qutab satılır? - VİDEO

Bakıda at və eşşək ətindən qutab satılır? - VİDEO

14-06-2017, 10:05
Oxunub: 2 987 Bakıda at və eşşək ətindən qutab satılır? - VİDEOSon günlər rayonlardan Bakıya at və eşşək ətlərinin gətirilməsi hallarının artması paytaxt sakinlərində ciddi narahatlıq doğurub

Bolgexeber.com xezerxeber.az-a istinadən bildirir ki, xüsusilə də yol kənarlarında, eləcə də ara küçə və məhəllələrdə satılan qutab və peraşkilərin hazırlanmasında istifadə olunan ətin mənşəyi şübhələnməyə əsas verir.
Gigiyena ve Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, sahibkarlıq obyektlərində yoxlamalar dayandırıldığından bəzi sahibkarlar bundan sui-istifadə edirlər. Belə obyektlərdə nə ətinin satıldığı isə bilinmir.
Hər hansı yoxlama aparılmadığından sahibkarların belə müəssisələrdə mənşəyi məlum olmayan ətləri rahatlıqla satmaları mümkündür. Amma vətəndaş özü ətlə bağlı lazımi sənədləri tələb edə bilər.
Elə biz də ət məhsullarının satıldığı belə obyektlərdən ətin hardan gətirildiyi və lazımi sənədlərinin olub-olmadığını soruşmaq istədik, amma əksər satıcılar ya kameradan qaçdılar, ya da cavabları qənaətbəxş olmadı.
Cəmiyyətdə belə məhsullara qarşı inamsızlıq olsa da, görünən odur ki, tələb olduğuna görə onların satıldığı obyektlərin sayı kifayət qədər çoxdur.
Bolgexeber.com