BolgeXeber.Com » Xəbərlər » Brüs Linin yeganə real döyüşünün videosu yayıldı-VİDEO

Brüs Linin yeganə real döyüşünün videosu yayıldı-VİDEO

14-06-2017, 11:46
Oxunub: 2 476 Brüs Linin yeganə real döyüşünün videosu yayıldı-VİDEOİnternetdə Brüs Linin keçirdiyi döyüşün videoları yayılıb

İslamazeri.com-un “Daily Mail”-ə istinadən verdiyi xəbərə əsasən, internetdə Brüs Linin “qarışıq döyüş sənətlərinin” (MMA) qaydaları üzrə keçirdiyi yeganə real döyüşünün videosu yerləşdirilib.

Məlumata əsasən, Linin döyüş üzrə rəqibi isə ustad Ted Vonqun tələbəsi olub. Qeyd edilir ki, Ted Vonq ABŞ-da hələ də şərq döyüş sənətlərini tədris edir. Kadrlar Kaliforniya ştatında yerləşən və əsasının da Brüs Li tərəfindən qoyulduğu Cit Kun-Do məktəbində baş tutub.

Videonun şərh hissəsində deyilir ki, hər 2 döyüşçü MMA qaydalarına uyğun olaraq qoruyucu geyim və əlcəklərlə çıxış edib. Lakin o da qeyd edilir ki, Li “yalın əllərlə” vuruşmağı üstün tuturdu.

Video internetə yerləşdirildiyi 3 gün ərzində təxminən 11 milyon baxış sayı toplayıb.