BolgeXeber.Com » Xəbərlər » Diqqətli olun: Bakıda “sümüklü dondurma” satılır – VİDEO

Diqqətli olun: Bakıda “sümüklü dondurma” satılır – VİDEO

15-06-2017, 10:42
Oxunub: 2 002 Diqqətli olun: Bakıda “sümüklü dondurma” satılır – VİDEODondurma yeyib sərinləmək istədi, ancaq peşman oldu. Çünki dondurmanın içindən qaymaq yerinə toyuq sümüyü çıxıb

Paytaxt sakini Rasim Mikayılovun həyat yoldaşı dondurma yedikdə qəribə dad hiss edib.

Dondurmanın içindəki bərk cismi ilk baxışdan daşlaşmış şəkər zənn etsə də, sonradan diqqətlə baxdıqda toyuğun bud sümüyü olduğunu görüb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindən bildiriblər ki, vətəndaş qarşılaşdığı halla bağlı müraciət edərək hüquqlarını tələb edə bilər. Araşdırma nəticəsində həmin fakt təsdiqini taparsa, istehsalçı qanunlara uyğun olaraq cəzalandırılacaq.

Bolgexeber.com Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: