BolgeXeber.Com » Xəbərlər » Şəhid bulağına quraşdırılmış sayğac yerində qalacaq, amma...VIDEO

Şəhid bulağına quraşdırılmış sayğac yerində qalacaq, amma...VIDEO

16-06-2017, 10:18
Oxunub: 2 360 Şəhid bulağına quraşdırılmış sayğac yerində qalacaq, amma...VIDEOBir neçə gün öncə Mingəçevirdə şəhidin adını daşıyan bulaqda sayğac quraşdırılması ilə bağlı yayılan xəbər cəmiyyətdə birmənalı qarşılanmamışdı

Belə ki, məhəllə sakinlərinin təşəbbüsü ilə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa 6 ay əvvəl sayğac quraşdırılmış və şəhidin həyat yoldaşı Arzu Mustafayeva bulaqdan daim su gəlməsi üçün hər ay 5 manat ödədiyini açıqlamışdı.

Bolgexeber.com-un modern.az-a istinadən verdiyi məlumata görə, artıq məsələ öz həllini tapıb. Belə ki, bulağa quraşdırılmış sayğac yerində qalsa da, şəhidin adına açılmış bulağın su sərfiyyatına görə ödəniləcək məbləğ “Azərsu” tərəfindən qarşılanacaq.

Xəbəri “Azərsu” ASC-nin mətbuat xidməti təsdiq edib.

Xatırladaq ki, Mingəçevirin mərkəzində ümumilikdə 6 bulaq var. Yerli sakinlər sayğac quraşdırılması ilə yanaşı, bulaqlarda suyun tez-tez kəsilməsindən də şikayət edirlər.

Şəhid bulağına quraşdırılmış sayğac yerində qalacaq, amma...VIDEO