İnternet portalının rəhbərinə növbəti dəfə xəbərdarlıq edilmişdir
16-06-2017, 15:58
Oxunub: 3 349
Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, “bastainfo.com” internet portalında yayılması qadağan edilən informasiyalar ictimailəşdirilməklə “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarının, habelə cinayət və cinayət-prosessual qanunvericiliyin müddəaları pozulub
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, bununla əlaqədar internet portalının baş redaktoru Mustafa Hacılı Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu internet portalında dövlət orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə qəsdən və qərəzli şəkildə ictimai rəyi çaşdırmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaq məqsədi ilə konkret faktlara əsaslanmayan məlumatların, eləcə də ibtidai araşdırma məlumatlarının qərəzli olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində daha ciddi tədbirlər görüləcəyi barədə növbəti dəfə rəsmi xəbərdarlıq edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər