17 iyun-Tibb işçilərinin peşə bayramıdır - Tərtərdə tədbir(FOTOLAR)
16-06-2017, 18:19
Oxunub: 2 879
Tərtərin tibb işçiləri 17 iyun-Tibb İşçilərinin Peşə Bayramını qeyd etdilər
Əvvəlcə onlar Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir YAP Tərtər rayon təşkilatının inzibati binasında davam etdirildi.
Bolgexeber.com xəbər verir ki, tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi, onlara insanların sağlamlığı keşiyində ayıq-sayıq dayanmağı, Hipokrat andlarına sadiq olmağı arzuladı. Rayon rəhbəri qeyd etdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Biz bu diqqət və qayğını öz rayonumuzun timsalında da aydın görürük.
Sonra icra başçısı ötən ilin 1-5 aprel müharibəsində tibb işçilərinin göstərdiyi fədakarlıqlardan da danışdı, onlara öz təşəkkürünü çatdırdı.
Sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov çıxış edərək tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək, səhiyyənin keçmişi və bu günü ilə bağlı məlumat verdi. Bildirdi ki, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən respublikamızda səhiyyə sahəsində aparılan islahatlar, bu sahəyə göstərdiyi diqqət və qayğı Azərbaycan səhiyyəsinin inkişaf səviyyəsini yüksəltmişdir.
Əhalinin sağlamlığı birbaşa respublika prezidentinin nəzarətindədir. Məhz onun tapşırığı ilə əhalinin tibbi müayinədən keçirilməsi bu diqqət və qayğının bariz nümunəsidir. Rayonumuzda fevral ayının 15-dən may ayının 15-dək 57845 nəfər tibbi müayinədən keçirilmiş, 3658 nəfər ambulator, 47 nəfər stasionar müalicəyə cəlb edilmiş, 1 nəfər isə müayinə və müalicə üçün Bakı Şəhərinə göndərilmişdir.
Baş həkimin təbrikinə rayon uşaq xəstəxanasının baş həkimi Hicran Rəhimli, rayon uşaq xəstəxanasının həkim-pediatrı Arzu Əliyeva, rayon mərkəzi xəstəxanasının stomotoloqu Toğrul Paşayev və Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Musa Əliyev də qoşulmuşlar.
Tədbirdə əhalinin sağlamlığı keşiyində dayanan tibb işçilərindən bir qrupuna rayon icra hakimiyyəti başçısının Fəxri Fərman və qiymətli hədiyyələri təqdim olundu.







Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər