BolgeXeber.Com » Xəbərlər » Oruc tutmağı asanlaşdıran amerikan kəşfi – “Ramadan Bar” (VİDEO)

Oruc tutmağı asanlaşdıran amerikan kəşfi – “Ramadan Bar” (VİDEO)

18-06-2017, 10:55
Oxunub: 2 934 Oruc tutmağı asanlaşdıran amerikan kəşfi – “Ramadan Bar” (VİDEO)Bu il Amerikadakı müsəlmanlar çox böyük çətinliklə üzləşir

Ramazan yay aylarına təsadüf etdiyi üçün, onlar 16 ilə 20 saat arasında bir vaxt oruc tuturlar. Bu hal, Filadelfiyada fəaliyyət göstərən psixiatr Dr. İmran Posnerin Ramazan aylarında aclığı azaldacaq qida möhkəmlətməsi hazırlamasına səbəb olub.
Dr. İmran Posner və onun dostu Fərid Sanders iki ilə əvvəl Nyu-Yorkda “Ramadan Bar” adlı peçenye istehsal edən Fajr Foods şirkətini təsis edib.
“Bizim əsas məqsədimiz müsəlmanlara oruc tutmağa yardım etmək idi. Bu, həm iş yerindəki tələb və təzyiq səbəbilə oruc tutmağa könülsüz yanaşan, həm də oruc tutan amma bununla mücadilə aparan və çətinlik çəkən insanlara aiddir”, Dr. Posner deyir.
Peçenyedə bişməmiş qarğıdalı nişastası var ki, onu həzm etmək uzun zaman alır, bu da, oruc tutmağı asanlaşdırır və insanların saatlarla yemədikləri halda belə, daha yaxşı düşünmələrinə yardım edir. Fajr Foods “Ramadan Bar” üzərində dörd patentə sahibdir. “Ramadan Bar”-ı onlayn əldə etmək mümkündür. Peçenye bütün il boyu satışda olsa da, ən çox tələb Ramazan ayı ərəfəsində olur. “Ramadan Bar”dan hər kəs qida möhkəmlətməsi kimi istifadə edə bilər.
Hazırda təkcə şokoladlı “Ramadan Bar” mövcuddur. Amma Fajr Foods çox yaxında digər tamlarda peçenyelər istehsal etməyə başlayacağını deyir.