BolgeXeber.Com » Xəbərlər » DİN Göyçayda törədilən qətllə bağlı məlumat yayıb

DİN Göyçayda törədilən qətllə bağlı məlumat yayıb

19-06-2017, 19:00
Oxunub: 2 029 DİN Göyçayda törədilən qətllə bağlı məlumat yayıbDaxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda törədilən qətllə bağlı məlumat yayıb

Bolgexeber.com-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə Rayon Polis Şöbəsinə müraciət olunub.
Göyçay rayon prokurorluğunun və Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.
Meyit eksqumasiya edilib.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S. Xanmaməmədov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.