Diri-diri basdırılan biznesmeni Lotu Qulu sifariş veribmiş - ŞOK TƏFƏRRÜAT
21-06-2017, 12:06
Oxunub: 3 399
Moskvada qəbiristanlıqda diri-diri basdırılan azərbaycanlı iş adamı Hikmət Salayevlə bağlı yeni xəbər var
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Salayevi oğurlayıb basdıranlardan 3 nəfəri həbs edilib. Rusiya DİN-in sözçüsü İrina Volkun bildirdiyinə görə, onlardan ikisi Moskvada, bir nəfəri isə Dağıstanda Azərbaycanla sərhəddə saxlanılıb.
İrina Volkun dediyinə görə, ilkin dindirmə zamanı məlum olub ki, Salayev Lotu Qulinin sifarişi ilə oğurlanıbmış. Saxlanılanlar ilkin dindirmə zamanı sifarişin məhz Qulidən aldıqların etiraf ediblər.
Xatırladaq ki, hadisə bu il iyunun 6-da baş verib. Moskvanın Lyubertsk rayonunda azərbaycanlı iş adamı Hikmət Salayev diri-diri basdırılıb. Məlumatına görə, Salayevin ortaqlarına 30 milyon rubl (təxminən 530 min dollar) borcu varmış. Aylardır vəd etsə də, borcunu qaytarmayan Hikməti şərik1:ləri Lyubertsk rayon qəbiristanlığına görüşə çağırıblar. Borcu ala bilməyəcəklərini görən şəriklər onu diri-diri, özü də mobil telefonu ilə birgə qəbiristanlıqda basdırıblar. Amma Salayev qardaşı İsmayıla zəng etməyə imkan tapıb. İsmayıl onlara 1 milyon 200 min rubl və özünün BMW-535 markalı avtomobilini verib. Bundan sonra borc yiyələri onun yerini qardaşına göstəriblər. Hikmət son anda qəbirdən çıxarılıb və xəstəxanaya yerləşdirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər