BolgeXeber.Com » Xəbərlər » Dünyanı gəzməyə çıxmışdı, Bakıda velosipedini oğurladılar - Turisti şoka salan hadisə
Dünyanı gəzməyə çıxmışdı, Bakıda velosipedini oğurladılar - Turisti şoka salan hadisə
23-06-2017, 13:20
Oxunub: 2 248
Bir ildir ki, dünyanı gəzən velosipedçilər Bakıda xoş olmayan bir sürprizlə qarşılaşıb
Belə ki, artıq 7000 km-dən çox yol gələn turistlərin velosipedi Bakıda oğurlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı Araz Zeyniyev sosial şəbəkədə yazıb. O bildirib ki, Valentin və iki yoldaşı velosiped ilə səyahətlərinə Fransadan başlayıb. Almaniya, balkanlar, Yunanıstan, Türkiyə, İraq, İran Gürcistandan keçib bir həftə əvvəl Bakıya gəliblər.
Buradan da Qazaxıstana keçib dünya ətrafında tam dövrəni Çin, Avstraliya, Amerika, Afrika ilə bir neçə ilə tamamlamaq istəyirlər. Bu insanların fikri sadəcə elə-belə gəzmək deyil, yerli insanlarla müsahibələr götürüb nəticədə sənədli film hazırlayırlar. Artıq əllərində 100 saatdan çox video-müsahibə də var imiş:
“Və bilin görək Bakıda nə oldu? Valentinin velosipedini iki zəncirlə bağladığı mənim evimin balkonundan kəsib oğurlayıblar. Düşünürəm ki, velosipedini tapıb geri vermək yəqin çox çətindir, ancaq hər halda bu insanların yoluna davam etməsi, başqa bir velosiped alması üçün kömək etmək borcumuz var. Ağlımda bir neçə ideya var: Valentin və dostları indiyə kimi olan səyahətləri haqqında, müsahibələri haqda mühazirə verib diqqət çəkmək, kömək edə biləcək insanlar ilə əlaqə qurmaq, öz aramıza müəyyən məbləğı toplayıb kömək etmək, uyğun yerlərə şikayət etmək, və s.”
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes