Baş Prokurorluq tanınmış bank ekspertinə xəbərdarlıq etdi
24-06-2017, 13:48
Oxunub: 2 487
"
Hazırda Əkrəm Həsənov tərəfindən bank sahəsində aparılan islahatlara kölgə salmaq məqsədi güdən qeyd olunan əsassız fikir və məlumatların yayılmasının məqsədinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir"
"Özünü bank sahəsində ekspert kimi təqdim edən Əkrəm Həsənov banklarda faktlarla təsdiq olunmayan cinayət əməllərinin olması barədə əsassız iddialar irəli sürərək əmanətçiləri banklarda olan vəsaitlərini geri götürməyə çağırışlar etməklə əhali arasında ajiotaj yaradan, banklardan əmanətlərin qaçışına, likvidlik problemlərinin yaranmasına və nəticə etibarı ilə maliyyə sistemində arzuolunmaz hallara səbəb olma ehtimalı yaratdığından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilib".
Bu sözlər Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a göndərilən açıqlamada yer alıb.
Məlumatda bildirilib ki,"Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq bankların işgüzar nüfuzuna xələl gətirən, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə oxşar məzmunlu açıq çağırışlar edəcəyi, habelə bu qəbildən olan məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib: "Hazırda Əkrəm Həsənov tərəfindən bank sahəsində aparılan islahatlara kölgə salmaq məqsədi güdən qeyd olunan əsassız fikir və məlumatların yayılmasının məqsədinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər