BolgeXeber.Com » Xəbərlər » Silahlı Qüvvələr günü münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyətilə görüşlər keçirilib

Silahlı Qüvvələr günü münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyətilə görüşlər keçirilib

27-06-2017, 10:00
Oxunub: 3 417 Silahlı Qüvvələr günü  münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyətilə görüşlər keçirilib26 İyun –Silahlı Qüvvələr günü münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Silahlı Qüvvələrimzin əsgər və zabit heyətilə görüşlər keçirilib

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi mütəmadi olaraq bölgədə yerləşən “N” nömrəli hərbi hissələrdə olaraq onlarla görüşlər təşkil edir. Müxtəlif əlamətdar günlərdə baş tutan görüşlərdən biri də məhz bu dəfə 26 İyun –Silahlı Qüvvələr gününə təsadüf edib. Bir-birindən rəngarəng silsilə tədbirlərlə çıxış edən mədəniyyət müəssisələri vətən keşiyində dayanan qəhrəman igid vətən oğullarını bu şərəfli yolda daha da əzmlə dayanmağa səsləyiblər. Bayramla əlaqədar hərbi hissələrdə, istirahət-əyləncə parklarında vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlər, konsert proqramları, kitab sərgiləri təşkil olunaraq əhalinin mədəni istirahəti yetərincə təmin olunub. Bununla yanaşı Regional İdarə tərəfindən şəxsi heyətə bayram sovqatları da hədiyə olunub.

Bərdə rayon Mədəniyyət Mərkəzi və filialları da öz növbəsində hərbi hissələrdə olaraq şəxsi heyətlə görüşlər keçirib.

Mərkəzin nəzdində fəaliyyət göstərən Hacallı kənd Folklor klubu 26 İyun –Silahlı Qüvvələr günü münasibətilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bərdə rayonunda yerləşən “N” nömrəli hərbi hissəsində konsert proqramı ilə çıxış edib.

Öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Konsert proqramında Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlərdən və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açılıb.

Çıxış edənlərdən Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova tədbir iştirakçılarını salamlayaraq, əsgər və zabit heyətini bayram münasibəti ilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Rəisi İlyas Hacıyevin adından təbrikər edib. Sonra Gülbəs xanım Azərbaycanın son dövrlər hərbi sahəsində daha da inamla və qürurla yükəsəldiyini diqqətə çatdırıb.

Konsert proqramı rayon Mədəniyyət Mərkəzinin “Qarabağ xalq çalğı alətləri ansamblı”nın solistləri Firdovsi Məmmədov, Əmrah Məmmədov, o cümlədən Elçin Məmmədov, Vüsal Mirzəyev kimi incəsənət ustalarının təqdim etdiyi musiqi nömrələri ilə davam edib.

Sonda əsgərlərə bayram sovqatı da hədiyyə olunub.

Regional İdarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən şəhər 3 nömrəli uşaq musiqi məktəbi isə FHN-nin Mülki Müdafiə Qoşunlarının Bərdə rayonundakı “N” nömrəli hərbi hissəsində bayram konseri ilə çıxış edib.

Konsert öncəsi çıxış edən uşaq musiqi məktəbinin direktoru Fəqani Əiyev bu əlamətdar gün münasibəti ilə bütün şəxsi heyəti təbrik edib və onları bir-birindən gözəl musiqi nömrələrini dinləməyə dəvət edib.

Mədəniyyət Mərkəzinin “Qarabağ xalq çalğı alətləri ansamblı”nın solistləri Ərəstun Əliyev, Ramin Abbasov, o cümlədən musiqi məktəbinin müəllimləri olan Yusif Yusifov və Orxan Quliyevin ifa etdikləri bir-birindən həzin, könül oxşayan mahnılar konsertə daha da zovq qatıb.

Sonda musiqi məktəbinin kollektivi göstərdikləri mədəni xidmətə görə hərbi hissə tərəfindən Fəxri Fərmanla təltif olunub.

Bərdə rayonunda yerləşən digər “N” nömrəli hərbi hissələrdən birində konsert proqramı ilə çıxış edən Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbi də əsgər və zabit heyətini bayram münasibəti ilə təbrik edib. Beləki uşaq incəsənət məktəbinin müəllim və şagirdləri hazıradıqları rəqs və musiqi nömrələri böyük maraqla izlənib ki, bu da öz növbəsində böyük ruh yüksəkliyinə səbəb olub.

Konsertdə gözəl ifaları ilə yadda qalan məktəbin şagirdləri Əhmədov Elnur, Nəcəfov Tahir, Mənəfov İbrahim, həmçinin, məktəbin müəllimi Alim Əliyev davamlı olaraq gurultulu alqışlarla qarşılanıb.

Sonda incəsənət məktəbi tərəfindən əsəgərlərə bayram sovqatları hədiyyə edilib.

Hərbi hissə komandanlığı isə öz növbəsində incəsənət məktəbinin kollektivinə yüksək səviyyədə təşkil edilmiş mədəni xidmətə görə təşəkkürlərini bildirərək onlara Fəxri Fərman təqdim ediblər.

Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbi də 26 İyun –Silahlı Qüvvələr günü münasibətilə Bərdə rayonunda yerləşən “N” nömrəli hərbi hissələrdən birində olub. Öz musiqi çələngi ilə hərbi hissədə qonaq olan musiqi məktəbi şəxsi heyətə əsl bayram sevinci yaşadıb. Belə ki, tanınmış incəsənət ustalarının iştirakı ilə təqdim olunan hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər tamaşaçılarda yüksək əhval-ruhiyyə yaradıb, qələbəyə inam hissini daha da artırıb.

Bundan başqa tədbirdə Bərdə rayon MKS-nin şəhər 1 nömrəli kitabxana filialı da açıq havada kitab sərgisi təşkil edib. Əsgər və zabit heyəti kitablara baxış keçirərək onlar üçün maraqlı olan ədəbiyyatlarla tanış olublar.

Qeyd edək ki, bu cür sərgilər rayon ərazisinə və rayondan kənarda yerləşən digər hərbi hissələrdə də təşkil olunmaqdadır.

Sonda şəxsi heyətə musiqi məktəbi və kitabxana adından bayram sovqatı da hədiyə olunub.

Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyində də 26 İyun –Silahlı Qüvvələr günü geniş şəkildə qeyd edilib. Belə ki, şəhər uşaq musiqi və incəsənət məktəbləri Silahlı Qüvvələrimizin Mingəçevir şəhərində yerləşən “N” nömrəli hərbi hissələrində olaraq rəngarəng konsert proqramları ilə çıxış ediblər. Konsert öncəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən Konsert proqramlarında incəsənət ustaları bir-birindən maraqlı və şən musiqi nömrələri ilə bayrama daha da gözəl bir abu-hava qatıblar.

26 iyun - Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibəti ilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyinin tabeliyində olan rayon Mədəniyyət Mərkəzi və Uşaq musiqi məktəbinin kollektivi Tərtər rayonu ərazisində yerləşən “N” nömrəli hərbi hissələrdə olaraq əsgər və zabit heyəti qarşısında geniş konsert proqramları ilə çıxışlar ediblər. Konsert proqramında vətənpərvərlik və dövlətçilik ruhunda mahnılar səsləndirilib. Həmçinin konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla və yüksək əhval ruhiyyə ilə qarşılanıb.

Hərbi hissələrdə keçirilən tədbirlərdə yerli əhali, əsgər ailələri, ərazidə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işçiləri də iştirak edərək əsgər və zabitlərə yaradılan şəraitlə tanış olublar. Sonda mədəniyyət işçiləri tərəfindən əsgərlərə bayram sovqatı paylanıb.

Regional İdarənin Yevlax şəhər nümayəndəliyində də 26 iyun – Silahlı Qüvvələr Günü geniş şəkildə qeyd edilib. Şəhər Mədəniyyət Mərkəzi, o cümlədən uşaq musiqi məktəblərinin də iştirakı ilə təşkil olunan tədbirlər rayon ərazisində yerləşən “N” nömrəli hərbi hissələrdə baş tutub. Bir-birindən maraqlı musiqi nömrələri səsləndirən incəsənət ustaları əsgər və zabit heyətinə bütöv bir bayram sevinci yaşadıb.

Bundan başqa tədbirlərdə çıxışlar edilərək ordumuzun şanlı tarixindən, onun yaradılmasından, bu günün bayram kimi tarixiləşməsindən və müasir Azərbaycan Ordusunun qurucusu, xalqın Ümummilli Lideri Heydər Əliyevdən söz açılıb.
Bolgexeber.com
Silahlı Qüvvələr günü  münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyətilə görüşlər keçirilib
Silahlı Qüvvələr günü  münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyətilə görüşlər keçirilib
Silahlı Qüvvələr günü  münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyətilə görüşlər keçirilib
Silahlı Qüvvələr günü  münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyətilə görüşlər keçirilib
Silahlı Qüvvələr günü  münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyətilə görüşlər keçirilib
Silahlı Qüvvələr günü  münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyətilə görüşlər keçirilib
Silahlı Qüvvələr günü  münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyətilə görüşlər keçirilib
Silahlı Qüvvələr günü  münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyətilə görüşlər keçirilib
Silahlı Qüvvələr günü  münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyətilə görüşlər keçirilib