AFFA-da saçyoldu: işçilər əlbəyaxa oldu, təcili yardım gəldi — TƏFƏRRÜAT
29-06-2017, 13:33
Oxunub: 2 678
Təxminən bir həftə öncə AFFA-nın inzibati binasında böyük qalmaqal yaşanıb
"Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, qurumun iki xanım əməkdaşının mübahisəsi sonda saçyolduya çevrilib. Qeyd olunur ki, dava edən tərəflərdən biri qurumda baş katib Elxan Məmmədovun yaxın dostu və adamı kimi tanınan Xanım adlı şəxsin bacısı olan Sevinc adlı qadındır.
Qeyd edilir ki, sözügedən bacılar məhz Elxan Məmmədovla dostluqlarının hesabına lüks mənzillərdə yaşayır, dünyanın ən bahalı istirahət mərkəzlərində dincəlirlər.
Hadisəyə gəlincə, bir həftə öncə səhər saatlarında Sevinc iş otağında yüksək səslə musiqi dinləyirmiş. Bu zaman işə yeni qəbul olunan bir xanım (adını dəqiqləşdirməyə çalışırıq-red.) bu barədə ona iradını bildirib. Yeni işçinin iradını təhqir kimi qəbul edən Sevinc qarşı tərəfə təhqiramiz cavablar verib. Mübahisə qarşıdurmaya, sonda isə saçyolduya çevrilib.
Qeyd edilir ki, Elxan Məmmədovun dostu olan Xanım adlı qadın da yeni işçiyə hücum edib.
Sevincin halı pisləşib və AFFA-nın inzibati binasına təcili tibbi yardım çağırılıb və o xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin normal olduğu deyilir.
Maraqlısı odur ki, hadisə Elxan Məmmədovun iş otağıyla qonşuluqdakı otaqda baş verib və saçyoldu vaxtı baş katib də otaqdaymış. Davadan sonra Xanım yeni işçini işdən qovdurmaqla hədələyib:
"Elxançikə deyəcəm, səni buradan iti qovan kimi qovsun".
Mövzunu diqqətdə saxlayacağıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər