BolgeXeber.Com » Xəbərlər » Məktəblərdə daxili və yekun qiymətləndirmələrin nəticələri üst-üstə düşmür - Təhsil İdarəsi
Məktəblərdə daxili və yekun qiymətləndirmələrin nəticələri üst-üstə düşmür - Təhsil İdarəsi
29-06-2017, 13:35
Oxunub: 2 366
“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”
APA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. M. Vəliyeva bildirib ki, aparılan müzakirələr məktəblərdə formativ qiymətləndirmə ilə bağlı yanaşmaların bütün müəllimlərə tam aydın olmadığını onu deməyə əsas verir. Onun sözlərinə görə, formativ qiymətləndirmə müəllimin sərbəst həyata keçirdiyi qiymətləndirmədir və müəllim tərəfindən həyata keçirilir.
M.Vəliyeva qeyd edib ki, növbəti tədris ilində əsas hədəflərdən biri qiymətləndirməyə nəzarəti gücləndirmək və bu sahədə birgə fəaliyyəti təşkil etməkdir: “Bu gün məktəbdaxili qiymətləndirmənin vacib komponentlərindən biri də formativ və summativ qiymətləndirmədir. Məktəbdaxili mühitin sağlamlaşdırılması, yaradıcı imkanlardan istifadəyə xüsusi yer ayrılır. Məktəb mühitində hər şey sağlam mühit və münasibətlərdən başlanır. Hər 3 müstəvidə-valideyn, şagird müəllim münasibətlərinin sağlamlığı keyfiyyətə təsir edən vacib amildir. Bu mühitin yaxşılaşdırılmasında məktəblər özləri də maraqlı olublar, bir-birinin təcrübəsindən yararlanıblar. Artıq ümumi məktəb mühitindən sinif mühitinə müraciət edilib. Məktəbin əsas fəaliyyətini təşkil edən müəllimin fəaliyyəti hər zaman diqqət mərkəzində saxlanılır. Müəllim özü bu sahədə vacib bilik bacarıq, səriştəyə yiyələnməlidir. İstənilən fəaliyyətin nəticəsi qiymətləndirilir. Müəllimin də fəaliyyətinin qiymətləndirilməsinə ehtiyac var. Bu gün formativ və summativ qiymətləndirmə sahəsində bu mövzusunun aktuallaşdırılmasına və yenidən bu məsləyə qayıdılmasına ciddi ehtiyac var”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər