BolgeXeber.Com » Xəbərlər » "Hökumət AZAL-ın qiymət siyasətinə ciddi nəzarət etməlidir" - AZAL-ın keçmiş rəhbərindən sərt tənqid
"Hökumət AZAL-ın qiymət siyasətinə ciddi nəzarət etməlidir" - AZAL-ın keçmiş rəhbərindən sərt tənqid
1-07-2017, 14:02
Oxunub: 2 925
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq prezidenti, texniki elmlər doktoru Ədalət Əliyev AZAL-ın qiymət tariflərinin yüksək olması ilə bağlı siyasətini tənqid edib
Ə.Əliyev “Ölkə.Az”-a açıqlamasında bildirib ki, AZAL-ın qiymətləri həddindən çox bahadır.
Onun sözlərinə görə, Azərbaycan hökuməti AZAL-ın qiymət siyasətinə müdaxilə etməlidir:
“Əgər insanlar AZAL-ın qiymət siyasətindən narazıdırsa, o zaman insanların mövqeyini nəzərə alıb qərar verilməlidir. Bu, Azərbaycana turist axınına da müsbət təsir göstərər. Azərbaycan hökuməti AZAL-ın qiymət siyasətinə ciddi nəzarət etməlidir. Nə qədər insan AZAL-ın qiymət siyasətindən şikayətlənir. AZAL rəhbərliyi bununla bağlı insanların suallarına cavab verməlidir. Misal üçün, mən uzun müddət təyyarə idarə etmişəm, AZAL-ın rəhbəri olmuşam. Bilirəm ki, Nyu-Yorkdan Bakıya və Tiflisə uçuş məsrəfləri təqribən eynidir. O zaman nə üçün AZAL-ın Tiflis ilə Bakı qiymətləri arasında böyük fərq olmalıdır? AZAL bu məsələ ilə bağlı səbəbləri əsaslandırmalıdır”.
Xatırladaq ki, bu dəfə AZAL-ın Nyu-york - Bakı səfəri ilə Nyu-York - Tiflis reysi arasında yaranan ikiqat qiymət fərqi sosial şəbəkələrdə etirazla qarşılanıb. Belə ki, AZAL Nyu-Yorkdan Tiflisə bir nəfəlik biletin qiymətini 341 avroya, Bakıya isə 672 avroya təklif edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər