BolgeXeber.Com » Xəbərlər » Ağstafada Polis gününü qeyd edən iki çavuş çayda boğularaq ölüb - FOTO

Ağstafada Polis gününü qeyd edən iki çavuş çayda boğularaq ölüb - FOTO

3-07-2017, 09:36
Oxunub: 3 688 Ağstafada Polis gününü qeyd edən iki çavuş çayda boğularaq ölüb - FOTOAğstafa rayonunda 2 polis çavuşu ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib

"Report"un Qərb bürosu xəbər verir ki, bu gün peşə bayramlarını qeyd edən 1993-cü il təvəllüdlü Qazax rayon sakini Arif Cavad oğlu Novruzov və 1991-ci il təvəllüdlü Ağstafa rayon sakini Şahlar Ramiz oğlu Mamayev Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində çimərkən batıblar. Onlar çayın axınına düşüblər.
Hər iki polis Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşları olublar.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların axtarışına başlanılıb.