Bakıda ailə dramı: 3 uşağı küçəyə atdılar (VİDEO)
3-07-2017, 12:52
Oxunub: 2 643
Bakıda yolun kənarından bacı-qardaş olan 3 azyaşlı uşaq tapılıb
Dediklərinə və əllərindəki bağlamadan çıxan sənədlərə əsasən onları küçəyə nənələri atıb. Uşaqlar tapılarkən baxımsız vəziyyətdə olublar. Lakin onlar sığınacağa yerləşdirilib, polis onların valideynlərini axtarır.
Bakıda azyaşlı 3 uşaq nənələri tərəfindən küçəyə atılıb. Körpələri yolun kənarından Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları aşkarlayıb. Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdiriln azyaşlıların hüquqi və psixoloji reabilitasiyası rəsmən aktlaşdırılıb.
Uşaqların vəziyyəti yaxşıdır. Onlar qida və təmiz geyimlə təmin olunublar. Sabahdan onların valideynlərinin axtarışına başlanacaq. Balacaları küçəyə atıb qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək. Nənə uşaqları küçəyə atarkən onların əlinə bir çanta da verib. Çantanın içərisində isə sənədlər olub.
Sığınacaqdan uşaqların sığınacaqda olduğu haqqda Ağsu rayon Polis İdarəsinə məlumat da verilib, atalarının axtarılması ilə bağlı mütaciət edilib. Ümid edilir ki, ata övladlarından xəbərsizdir və bəlkə də məlumat ona çatarsa yiyə durar.
Nigah haqqında şəhadətnamədəki tarixə əsasən azyaşlıların valideynləri 2 ildir boşanıb. Lakin notarial qaydada ananın 2 qızını nənələrinə etbar etməsi sənədindəki tarixdə ötən ay göstərilib. Deməli ana bir və ya bir neçə həftə əvvəl qaçıb. Bəs nənə uşaqları neçə gün saxlayıb? Məsələ ilə bağlı açıq qalan suallar çoxdur. Cəmiyyəti düşündürən isə sadəcə atılan 2 qız və 1 oğlan uşağının gələcək taleyidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər