Hərbi xidmətə yollanacaq gənc dənizdə boğulub-VİDEO
4-07-2017, 14:45
Oxunub: 2 859Lənkəranda bu gün hərbi xidmətə yollanacaq gənc dənizdə boğulub
Hadisə axşam saatlarında Lənkəranın Sütəmordov kənd ərazisində istirahət mərkəzinin birinin yaxınlığında dənizin nəzarət olunmayan hissəsində qeydə alınıb. Belə ki, Cəliləbad rayon sakini, 1995-ci il təvəllüdlü Quliyev Habil Heybət oğlu dostları ilə birlikdə dənizə istirahət etməyə gəlibmiş. Mühafizə olunmayan hissədə üzən gənc ehtiyatsızlıq ucbatından suda batıb. Bir saatlıq axtarışdan sonra ləpələr cəsədi sahilə çıxarıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə göndərilib.
Məlumata görə , nişanlı olan 22 yaşlı Habil Quliyev ali təhsili yenicə bitirib. O, bu gün hərbi xidmətə yola düşəcəkdi.