Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi uğurlu fəaliyyətini davam etdirir
6-07-2017, 09:42
Oxunub: 3 349
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi regionda fəaliyyət göstərən xalq teatrlarının dəstəklənməsi və əhalinin asudə vaxtının səmərəli təşkil olunmasında uğurlu fəaliyyətini davam etdirir
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Azərbaycan, o cümlədən Qarabağ mədəniyyətinin təbliğ olunması, regionda turizm potensialının yüksəldilməsi, bununla yanaşı gərəkli turizm klasterlərinin yaradılması, turistlərin mədəni istirahətlərinin təmin olunması və digər sahələrdə davamlı olaraq layihə və planlar həyata keçirir. Bu məqsədlə Regional İdarə və idarənin tabeliyində olan mədəniyyət müəssisləri müxtəlif əyləncə-istirahət parklarında, hərbi hissələrdə tədbir, konsert və teatr proqramları təşkil edir. Sözü gedən tədbirlərdən biri də Regional İdarənin Bərdə rayon nümayəndəliyində baş tutub. Belə ki, Bəşir Səfəroğlu adına Yevlax şəhər xalq Teatrı Bərdə rayon Mədəniyyət Mərkəzində Seyfəddin Dağlının “Bekarçılıq Kontoru” adlı pyesi əsasında hazırlanmış “Oyun Bitdi” teatr tamaşasını teatr sevərlərə təqdim edib. Öncə çıxış edən Tamaşanın rejissoru Respublikasının “Əməkdar Mədəniyyət İşçisi” Zöhrə Adgözəlova Bəşir Səfəroğlu adına Yevlax şəhər xalq Teatrının fəaliyyətindən, təqdim olunacaq Seyfəddin Dağlının “Bekarçılıq Kontoru” adlı pyesi əsasında hazırlanmış “Oyun Bitdi” teatr tamaşasından söz açıb. Daha sonra teatr tamaşasına start verilib.
Xalq Teatrının aktyorlarının məharətlə oynadıqları tamaşası izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Həmçinin teatr sevənlərin sürəkli alqışlarıyla qarşılanan tamaşa izləyicilərin zövq dolu mədəni istirahətini təmin edib.
Tamaşanın sonunda uğurlu çıxışlarına görə teatrın kollektivinə tər gül dəstələri təqdim olunub.
Çıxış edən Regional İdarənin Rəisi İlyas Hacıyev respublikada mədəniyyət və turizm potensialının yüksəldilməsi, onun geniş təbliği və inkişafı uğrunda Respublika prezidenti İlham Əliyevin müstəsna xidmətlərindən söz açıb. O həmçinin onu da qeyd edib ki, : “ Biz bilavasitə ölkə Prezidentinin dəstəyi sayəsində kitabxana, muzey, teatr, turizm sahəsinin davamlı olaraq inkişafına nail olmuşuq və bu inkişaf zaman ötdükcə daha da böyük vüsət alacaqdır.”
Çıxışını davam etdirən İlyas Hacıyev Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq Teatrının II Respublika Xalq Teatrları Festivalındakı iştirakından və uğurlu nəticə göstərərək ikinci yerə layiq görülməsindən bəhs edib.
Sonda İlyas Hacıyev göstərdikləri uğurlu tamaşaya görə teatrın bütün üzvlərinə öz dərin minnətdarlığını bildirib, Regional İdarə tərəfindən teatrın kolloktivinə dəyərli hədiyyələr təqdim edib.
Bolgexeber.com






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər